Mütəxəssislər xəbərdarlıq etdi: Ölümcül epidemiyanın qaynağı...

ABŞ-lı bir mütəxəssis önümüzdəki dövrdə nəfəs almağa mane olan və beyin şişkinliyinə səbəb olan "ölümcül" göbələk infeksiyalarında artım ola biləcəyini iddia edib.

Sherg.az xəbər verir ki, göbələk "epidemiyası" yaxın bir neçə ildə görülən bir ssenari ola bilər. Göbələk mütəxəssisi Dr Ian Hennessee, "blastomikoz" göbələk ştammının hazırda ən aktual problemlərdən biri olduğunu söyləyib.

"Biz insanları göbələklər haqqında düşünməyə sövq edirik, çünki göbələk halları artmaqdadır. Onlar ümumiyyətlə nadirdir, lakin insanlarda görüldükdə, çox vaxt səhv diaqnoz qoyulur və az məlumat verilir. Bu, həqiqətən ciddi nəticələrə səbəb olur”.

Göbələk növləri daha isti, daha rütubətli şəraitdə inkişaf edir; Bu o deməkdir ki, iqlim dəyişikliyi epidemiya təhlükəsini daha da mümkün edir.

Mütəxəssislər ətraf mühit şəraiti dəyişdikcə histoplazmoz, dərə qızdırması və bu kimi göbələk xəstəliklərinin yayılmasından və nəticədə epidemiyaya çevriləcəyindən narahatdırlar.

Ağır hallarda "blastomikoz" ağciyərlərdən bədənin digər hissələrinə, məsələn, dəri, sümüklər və oynaqlara yayılaraq ağrılı lezyonlar və furunkullara səbəb ola bilər.

Miçiqanda yaşayan 29 yaşlı İan Pritçard göbələkdən yaranan nəfəs darlığından ölən ilk ABŞ vətəndaşlarından biri olub.

ABŞ-da göbələk xəstəlikləri 2018-ci ildə qeydə alınan 4 min 746 hadisədən 2021-ci ildə 7 min 199-a yüksəlib.

Turan