“Yulaf” əməliyyatdan sonra sağlamlığına qovuşub
Sivasda burun dəlikləri dar olduğu üçün nəfəs almaqda çətinlik çəkən 1,5 yaşlı Yulaf adlı pişik plastik əməliyyat keçirdikdən sonra sağlamlığına qovuşub.
Sherg.az xəbər verir ki, Şotland pişiyi olan “Yulaf” rahat nəfəs ala bilmədiyi üçün sahibi Ataberk Dursun baytar İbrahim Özmenə müraciət edib.
Özmen müayinələr zamanı burun quruluşu dar olan pişiyə burun əməliyyatı etmək qərarına gəlib.
Uğurlu əməliyyat keçirən “Yulaf” əməliyyatdan sonra sağlamlığına qovuşub.
Özmen əməliyyatla “Yulaf”ın burun keçidlərini genişləndirdiklərini söyləyib.
Bu əməliyyatı tibbi səbəblərlə etdiklərini ifadə edən Özmen, "İnsan təbabətində olduğu kimi, baytarlıqda da belə tətbiqlər edilir. Təbii ki, məqsədlərimiz fərqlidir, orada daha çox estetik və kosmetik məqsədlər üçün edilir. Amma bizdə tibbi səbəblərə görə həyata keçirilir” – deyə bildirib.
“Yulaf”ın tənəffüs çətinliyi şikayəti ilə klinikaya gətirildiyini izah edən Özmen bildirib:
"Bu, burun quruluşunun dar olması ilə bağlı idi və əməliyyatla burun keçidlərini genişləndirdik. Vəziyyəti çox yaxşıdır, bir qədər ödemi var və azalacağını gözləyirik. Əgər bu əməliyyat edilməsəydi, ürək, qan dövranı, nəbz, ağciyər problemi yaşayacaqdı. Tez-tez nəfəs darlığı olacaqdı. Bundan sonra inşallah daha yaxşı alması səbəbiylə bir müddət sonra nəbz və qan dövranı problemi yaşanır. Bundan sonra hayat keyfiyyəti inşallah daha yaxşı olacaq".