
Deputat: İlham Əliyevin Müstəqillik Gününü Xocalıda qeyd etməsi düşmənə göz dağı verdi
13:16 29.05.2024
Siyasət
523
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə köç başlayıb. Mayın 28-29-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Xocalıya yola salınıb. İlk mərhələdə ümumilikdə 44 ailənin - 169 nəfərin Xocalı şəhərində daimi məskunlaşması təmin edilb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüb söhbətləşiblər.
Dövlətimizin başçısı və birinci xanım evlərin açarlarını sakinlərə təqdim ediblər. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəzib, görülən işlərlə tanış olublar.
Deputat Aydın Hüseynov “Sherg.az”a söyləyib ki, Xocalı adı, faciəsi, cinayəti erməni vəhşiliyini və vandalizmini sübut edən faktdır:

“Xocalının işğaldan azad olunması və qisasının alınması ilə Azərbaycan dünyaya sübut etdi ki, ədalət heç vaxt itmir. Xocalıda quruculuq işlərinə başlanılması tarixi missiyadır. Həmin tarixi missiyanın uğurla həyata keçirilməsi dünyaya Azərbaycan dövlətinin qüdrətini göstərdi. Eyni zamanda, Azərbaycan Prezidenti Ali Baş Komandanın qətiyətinin təzahürü və ordumuzun rəşadətinin göstəricisidir. İşğaldan azad olunan rayonlarda çox böyük işlər həyata keçirilir. Bununla bağlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” var. Bu dövlət proqramı çərçivəsində işlər sürətli şəkildə icra edilir. Zəngilan, Füzuli və Laçına qayıdış mövcuddur. İlham Əliyevin Azərbaycanın Müstəqillik Gününü Xocalıda qeyd etməsi, xocalılar ilə birgə olması və bir neçə təməlqoyma tədbirlərində iştirak etməsi düşmənə göz dağı verdi. Şərqi Zəngəzurda və Qarabağda işlərin baş tutması üçün dövlət büdcəsindən 2024-ci ildə 4 0000000000 vəsait ayrılmışdı. Bir neçə gün əvvəl 2024-ci büdcəsinə dəyişiklik olunması ilə bağlı parlament komitəsində müzakilərə aparıldı. Digər tərəfdən isə müdafiə qüdrətimizi daha da gücləndiririk. Ölkə başçısı xocalılar ilə görüş zamanı da bu fikirləri səsləndirdi. Müdafiə qüdrətimizin gücləndirilməsi və soydaşlarımızın tezliklə ata-baba yurdlarına köçməsi üçün maliyyə təminatı da önəmli rol oynayır. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 28 mayda Xocalıda olması çox önəmli hadisədir. Çox yaxın müddət ərzində Xocalı əvvəlki statusuna qayıdacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual