Ötən il 13 mindən çox qızılcaya yoluxma qeydə alınıb

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2023-cü il ərzində 13,2 min nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, ötən il 94,1 min uşağa 1-ci doza, 117.9 min uşağa isə 2-ci doza QPM (qızılcaya, məxmərəyə, epidemik parotite qarşı) peyvəndi vurulub.