Sirik otunun faydalarını saymaqla bitməz
Türkiyənin Şirnak bölgəsinin sakinlərinin əksəriyyəti gündəlik qazancını sirik otu adlanan bitkidən əldə edir. Sirik otunun faydaları isə saymaqla bitməz. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bölgə sakinləri bu bitkini toplamaq üçün 200 kilometr yol qət edirlər. Amma zəhmətlərinə dəyər. Topladıqları bitkidən həm özləri istifadə edir, həm satıb pul qazanırlar. Şirnakın Beytüşşəbab əyalətindəki Faraşin yaylası faydalı bitkilərlə zəngindir. Sirik otu da burada yetişir. Sakinlər günlərlə yaylada qalır, bitki toplayırlar. Sirik otu antioksidanlarla zəngindir. Orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin ölməsinin qarşısını alır. Sirik otu sidikqovucudur və toksinlərin orqanizmdən xaric olmasını sürətləndirir. Buna görə də böyrəklərə çox faydalıdır. Böyrək çatışmazlığını aradan qaldırır. Bu bitki həmçinin qara ciyərin də dostudur. Qara ciyərin fəaliyyətini gücləndirir. Tərkibindəki bəzi vitaminlər və minerallar sayəsində immunsistemi gücləndirmək qabiliyyətinə malikdir, xəstəliklərə qarşı qoruyucudur. İltihabı azaldır. Sirik otunun qanda şəkəri tarazladığı da bildirilir. Tərkibində yüksək faizli dəmir v arsenic sayəsində qan azlığı problemini aradan qaldıra bilir. Həzm sisteminə yardım edir, qəbizliyin müalicəsində istifadə olunur. Yerli sakinlər sirik otunun kiloqramını 100 lirəyə satır.