Öskürəklə başladı, səssizcə mədəsinə yayıldı!
Getmədiyi həkim qalmadı, bircə çarəsi var
Boğazda tıxanma, udqunmada çətinlik, öskürək, burun axması, mədədə yanma hiss olunursa, mütləq həkimə müraciət edilməlidir. Bəzən insanlar bu halları adi soyuqdəymə hesab edir, keçib gedəcəyini zənn edirlər. Diqqətli olanlarsa şübhələrini azaltmaq üçün həkimə müraciət edir. Sam Canfield uzun müddət bu simptomları hiss etsə də, həkimə müraciət etməyib. Nəticə heç də yaxşı olmayıb.
“Sherg.az” “Milliyet.com.tr” istinadən bildirir ki, Sam bir gün qəhvə içərkən sinəsində ağrı hiss edib. Bu hiss sağlamlığından əmin olan 54 yaşlı qadını təəccübləndirsə də, ağrının anidən başlayıb tez də bitməsi səbəbindən əhəmiyyət verməyib. Ancaq sonrakı 2 həftə ərzində bu durum təkrarlanıb. Həmçinin qadının boğazında qıcıqlanma əmələ gəlib, burnu da axmağa başlayıb. Boğazında yumru bir şey hiss edirdi, hərdən də boğulan kimi olurdu. 3 həftə sonra isə ürək döyüntüsünün pozulduğunu fərq edib. Və elektrokardiogramma müayinəsinə gedib. Müayinə zamanı ürəyində mənfi hal müşahidə edilməyib. Amma gün keçdikcə sinəsindəki ağrı, boğazındakı tıxanma da artıb. Bu əlamətlər Sam yemək yeyərkən, udqunarkən özünü daha da sərt göstərib. Qadın həkimə müraciət edib. Müayinə edən həkim mədə reflüksu diaqnozu qoyub. Mədə reflyüksu həddindən artıq turş, qıcıqlandırıcı qidalar yeyən, siqaret çəkən insanlarda əmələ gələ bilir. Mədə həddindən artıq turşu qəbul etdiyindən qıcqırma əmələ gəlir, hər dəfə qıcqırtı artdıqca mədədə yanma, boğazda da turşuluq hissi artmış olur və bu, insanı narahat edir. Qadının analizləri də çox qəhvə içdiyinə görə mədədə turşuluğun artdığını göstərib. Üstəlik, Samın mədəsinin üst hissəsində qapaqcığı zəiflədən yırtıq olduğu da müəyənləşib. Müalicə alsa da, bir faydası olmayıb. Sonunda əməliyyat olmağa qərar verib. Əməliyyatdan sonra normal həyata qayıda bilib. Qastroenteroloq-həkim, professor Vedat Göral isə bildirib ki, əgər xəstə qəhvə içərkən mədəsində, boğazında yanma hissi olduğunu, boğazda yumru nəsə varmış kimi hiss edirsə, burun axıntısı dayanmırsa, ixtisaslı bir otorinkoloq (burun, boğaz, qulaq həkimi) bunun boğaz reflüksu olduğunu və mədədən qaynaqlandığını anlamalı və həmin xəstəni qastroenteroloqa yönləndirməlidir. Reflükslar ikidir. Klassik və səssiz. Klassik reflüks zamanı boğazda yanma, mədədə yanma, ağıza turş maddənin gəlməsi, öskürəklə müşayət olunur. Səssiz rüflükslarda isə əlamətlər görünmür. Xəstələrdə sinədə ağrı olur, onlar da adətən bunu ürək-damar sistemi ilə əlaqələndirib kardioloqa müraciət edirlər. Kardioloji problem olmadığını bildikdə qastroenteroloqa müraciət edirlər. Həkim də gərək diqqətli olsun. Əgər ilk müalicədən sonra əlamətlər azalmırsa, mütləq başqa bir həkimə və müayinəyə göndərilməlidir. Çünki bu əlamətlər davam etdikcə xəstəlik irəliləyib xərçəngə çevrilə bilir. Xərçəng xəstəliyi nə qədər tez aşkarlanarsa və müalicəyə başlanılarsa, sağalmaq ehtimalı bir o qədər çox olur. Vaxt itirməmək lazımdır.