Xiyar tərəvəzlər arasında tərkibindəki bol su miqdarına görə fərqlənir və məhz bol suya malik olduğu üçün də ön sıradadır. Xiyar təkcə orqanizmə faydalı deyilmiş, həm də insanın rahat yatmasını təmin edirmiş. Necə?
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xiyarın inanılmaz faydalarını bildirir. Mütəxəssislər bildirir ki, hətta 1 ədəd xiyar insanın gecəni rahat keçirməsini təmin etmək gücünə malikdir. Rahat yuxu isə orqanizm üçün olmazsa-olmazdır. 1 ədəd xiyar rahat yuxunu necə təmin edə bilir? 1 ədəd xiyarı incə şəkildə dilimləyib qaynar su olan qabın içinə qoyurlar. İçində xiyar dilimləri olan bu qabı gecə yatarkən çarpayının baş ucunda bir yerə qoyun. Qaynar suyun içindəki xiyar dilimləri yumşalacaq, həm tərkibindəki su – nəmə dönüb otağa yayılacaq, həm də ətri. Nəm və ətir otağa yayılıb sizə rahat yuxunu təmin edəcək. Bu ətir gərginliyi azaldır, rahat bir şəkildə yuxulamağa kömək edir. Gecəni rahat keçirən insan səhər gümrah vəziyyətdə qalxır və gün ərzində də özünü gümrah, enerjili hiss edir.