
Motosiklet bəlası: Cəza tədbirləri gücləndirilməlidir -RƏY
09:15 10.06.2024
Hadisə
647
Bakının Nəsimi rayonu, 28 May küçəsində motosiklet sürücüsü təhlükəli vəziyyət yaradıb.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, motosikletdə olan iki nəfər qoruyucu geyimlərdən istifadə etmədən yola çıxıb, təhlükəli manevrlər edib, digər hərəkət iştirakçılarına narahatlıq yaradıblar.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, bu motosikletlər başa bəladır:

“Neçə vaxtdır motosikletlərlə bağlı tədbirlərin görülməsini tələb edirik. Əvvəllər vəziyyət daha da bərbad idi. Lakin belə hallarla bağlı artıq tələblər qoyuldu. Yəni sürəti 50 km/saatdan mühərrik həcmi 50 sm3 dan çox olan bütün mopedlərə dövlət qeydiyyat nömrə nişanı almaq tələbi var. Daşıma şirkətlərində nömrəsiz, qeydiyyatsız motosikletlər çoxluq təşkil edirdilər. Hazırda isə sürücülük vəsiqəsi tələbi var. Bu baxımdan artıq biraz məsələ müsbətə doğru dəyişib. Təssüflər olsun ki, qayda pozuntusu, soldan sağa, sağdan sola hərəkət edən və manevra qaydalarını pozan motosikletlərə çox rast gəlirik. Bunların hər biri cəmiyyətdə ciddi narazıçılıq və təhlükə yaradır. Yol Patrul Xidməti bunları nizamlamlı, onlara qarşı tədbirlər görməlidir. Biz görürük ki, belə hərəkətlərə yol verənlərə qarşı reydlər keçirilir və cəzalar tətbiq olunur. Ümumiyyətlə bu qaydalar və cəzalar gücləndirilməlidir. Çünki cəza tədbirləri görülməsə bir müddət sonra əvvəlki vəziyyətə qayıdacaq. Hər zaman qayda pozanlara qarşı tədbirlər keçirilməlidir. Eyni zamanda da müşahidə kameraları vasitəsilə hərəkətləri, qayda pozuntuları ciddi şəkildə qiymətləndirilməli və onlara qarşı cəza tədbirləri həyata keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm