
Quş qripi təhlükəsi: Professor qorunmanın yollarından danışdı
12:08 13.06.2024
Sağlamlıq
627
Hindistanın Qərbi Benqal ştatında dörd yaşlı uşaqda H9N2 quş qripi aşkarlanıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Məlumata görə, Hindistanın şərqindəki Qərbi Benqal ştatında dörd yaşlı uşağın H9N2 virusuna (quş qripi) yoluxması halı aşkarlanıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.
Bildirilir ki, azyaşlı pasiyent fevral ayında davamlı ağır tənəffüs problemləri, yüksək hərarət və qarın ağrıları ilə yerli xəstəxananın pediatrik reanimasiya şöbəsinə yerləşdirilib, üç ay sonra evə buraxılıb.
Bu, Hindistanda H9N2 virusuna ikinci yoluxma hadisəsidir, birincisi 2019-cu ildə qeydə alınıb.
Çinin Honqkonq Sağlamlıq Qorunması Mərkəzindən isə bildirilib ki, Quanqsi əyalətində 3 yaşlı oğlanda H9N2 virusu müəyyən edilib. Uşaqda xəstəliyin əlamətləri 2 may tarixində başlayıb.
Onun vəziyyəti və virusu necə yoluxduğu barədə başqa təfərrüat mövcud deyil.
Çində bu il virusla əlaqədar beş yoluxma halı qeydə alıb.
Qeyd edək ki, quş qripi virusu, əsasən quşlarda rast gəlinən və insanlara yoluxma ehtimalı aşağı olan qrip növüdür. Lakin son illərdə aparılan tədqiqatlar bu virusun mutasiyaya uğrayaraq insanlar, xüsusilə də uşaqlar üçün daha təhlükəli ola biləcəyini göstərir.
Çin və Hindistanda qeydə alınan yoluxma hallarının artması isə ÜST-ü xüsusilə narahat edib.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, quş qripinin H5N1 versiyası illər öncə Azərbaycanda da yayılmışdı:

“Quş qripinin lokallaşdırılması və aradan qaldırılması üçün xeyli işlər görüldü. O cümlədən Azərbaycan beynəlxalq laborotiyalar, Böyük Britaniya laborotiyaları ilə əməkdaşlıq edərək bu proses lokollaşdırdı. Prosesin yayılması köçəri quşların hesabına baş verir. İnsanların məlumatlandırılması və karantin tədbirləri bunun qarşısını aldı. H9N2 virusunun yayılması ilə bağlı bu cür informasiyalar var. Əslində virusun yoluxma yolu və mənbəyi əsasdır. Quş qripi qan ilə keçir. Həmin xəstə quşun ətindən istifadə edən zaman xəstəlik bədənə yayılır. Ən təhlükəli infeksiylar isə hava damcı yolu ilə keçənlərdir. Onlar sürətlə yayılırlar. Dünya Səhiyyə Təşkilatı bu cür situasiyalarda yoluxma indeksini nəzərə alaraq hərəkət edir. Düşünürəm ki, bunu yerində lokollaşdırmaq mümkün olacaq.”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm