Araşdırmalara görə, analarında Alzheimer xəstəliyi olan insanların bu xəstəliyə tutulma riski daha yüksəkdir.
ABŞ-da aparılan araşdırmada iştirakçıların beyin skanları araşdırılıb.
Sherg,az xəbər verir ki, müayinə zamanı ən çox rast gəlinən demans növü olan Alzheimer xəstəliyinin xəbərçisi “amiloid" adlı zəhərli zülalın yığılması araşdırılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, beyində amiloid səviyyəsi daha yüksək olan insanların ana tərəfində Alzheimer var.
Mütəxəssislər: “Amiloid lövhələri beyin hüceyrələri arasındakı əlaqəni pozaraq Alzheimer xəstəliyini tətikləyir. Analarında demans olanlar hüceyrələrdəki spesifik mitoxondriyaya görə daha çox risk altında ola bilər. Bunlar yalnız anadan miras qalır. Amma ataları 65 yaşından əvvəl Alzheimer xəstəsi olan insanların beynində də amiloid səviyyələrinin yüksək olduğu aşkar edilib”- deyə bildiriblər.