Hazırda meyvə-tərəvəzin bol mövsümüdür. Hər nə qədər qiymətləri baha olsa da, insanlar yenə də çalışırlar yay fəslində kifayət qədər vitamin və mineral ehtiyatı toplasınlar. Vitaminlərsə, təbii ki, meyvə və tərəvəzlərdədir. Lakin meyvə və tərəvəzlərdən yanlış istifadə vitamin əvəzinə orqanizmə faydası olmayan maddələr ötürə bilir. Mütəxəssislər hansı meyvədən necə istifadə edilməsinə dair dəyərli məsləhətlər verir. Bildirirlər ki, meyvələr o zaman orqanizm üçün xeyirli, faydalı olur, nə zaman ki doğru istifadə edilir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, bir çox meyvələrdən indiyədək düzgün istifadə edilmədiyi məlum olub. Hansı meyvə nə zaman, necə yeyilməlidir, sualına mütəxəssislər cavab verib. Meyvələr ac qarına yeyilməlidir. Tox qarına, nahardan dərhal sonra yeyilən meyvələr orqanizmə heç bir fayda verməyəcək, əksinə, qana qarışaraq zəhərə dönüşəcək. Meyvə yeyilməsinin ən doğru zamanı günorta saatları və axşamüstüdür. Səhər saatlarında və axşam çağı, eləcə də yatmazdan əvvəl meyvə yemək qəti olmaz. Çünki bu saatlarda yeyilən meyvələr orqanizm tərəfindən sürətlə həzm edilir, nəticədə vitaminlər dəyərini itirir. Meyvələr tullantıya çevrilir. Məsələn, banan, avakado, ananas kimi meyvələr qəhvə ilə birlikdə qəbul edildikdə metabolizmanı sürətləndirir. Meşə meyvələri isə ac qarına yeyildikdə qan hüceyrələrinin artmasına səbəb olur. Mütəxəssislər toxluq hissini artıran və orqanizm üçün faydalı 5 meyvəni xüsusi qeyd edib. Bunlar; alma, çiyələk, əncir, armud, kividir. Bu meyvələr vitamin və minerallarla zəngin olmalarından əlavə lif və su sarıdan da boldur, bağırsaqları yaxşı çalışdırır, toksinlərin bədəndən xaric olmasını asanlaşdırır, toxluq hissi verir, orqanizmin immunitetini gücləndirirlər. Toxluq hissi verən meyvələr diyeta saxlayanlar üçün ideal seçimdir. Onların sayəsində qida qəbulu ehtiyacı hiss edilmir, bədən artıq yağlardan və artıq çəkidən xilas olur.