Diyetoloqlara qulaq asmadı, 83 kiloqram arıqladı

Özü, təkbaşına bacardı

  Ekranların sevimlisi, “tosun” aktrisa Esin Gündoğdu Azərbaycan izləyicisinə “Avropa yakası”, “Aşk yenidən”, “Yeni gəlin” seriallarından yaxşı tanışdır. Bəli, məhz bu qadın diyetoloqların menyularını bir kənara qoyaraq, özü, təkbaşına, köməksiz-filansız 83 kiloqram arıqlamağı, artıq çəkilərindən xilas olmağı bacarıb. “Milliyet.com.tr” aktrisa Esin Gündoğdunu “Sən anlat” layihəsinə dəvət edib. O da bunu necə bacardığını anladıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, aktrisa uşaqlıq çağından danışaraq yetkinlik yaşına çatdıqda sürətlə kökəlməyə başladığını deyib. Qeyd edib ki, o dönəmlərdə yemək barəsində çox həssasdı, dadlı, şirin, hər cür yeməkləri, qidaları çox sevib və necə deyərlər, özünə korluq verməyib. Bu cəhəti də onun həddindən artıq kökəlməsinə səbəb olub. Məktəbdə təhsil alarkən köklüyü bilinməsin deyə məktəbli formasının üzərindən hırka (əba) geyinmək məcburiyyətində qalıb. Təkcə bu da yox, sinif yoldaşlarının, məhəllə uşaqlarının tənələrini də bol-bol eşidib. Hər dəfə arıqlayacağına dair özünə söz versə də, alınmayıb. Esin köklüklə mücadilədən əl çəkib uşaqlıq arzusu olan aktrisalıq sənətinə yiyələnməyə başlayıb. Fərqli fizioloji quruluşu rejissorların diqqətini çəkib və onu bir sıra filmlərdə komik obrazlara, dizilərə rəng qatan rollara dəvət ediblər. Beləcə, Esin Gündoğdu dizi sənayesində məşhurlaşıb. Bir gün yenə diyeta başlamaq qərarına gəlib. Mütəxəssislə məsləhətləşmədən özü diyeta saxlamağa başlayıb və 15 kiloqram arıqlayıb. Bir müddət sonra diyetadan bezib və könlü istədiyi qədər yenə də yeməyə başlayıb. Özünü çox yaxşı hiss etdiyi bir gün tərəziyə çıxıb və görüb ki xeyli arıqlayıb. Aktrisa “o anda anladım ki artıq çəki də, çəkidən azad olmaq da insanın özündən – psixlogiyasından asılıdır”, deyir. Sonra yaxın ailə üzvünü itirməsindən depressiyaya düşüb və yenidən kökəlib. Uzun müddət sonra fikrini cəmləyərək yenidən arıqlamaq barədə düşünüb. Mədəkiçiltmə əməliyyatı etdirib. İndi gərəkli olan qidaları qəbul edir. Aktrisa özü haqqında bunları deyib: “Bu dönəmdə bir şeyi anladım ki ən önəmli olan psixoloji durumunun insanın həyatındakı yeridir. Psixologiyaya aid kitablar oxudum, filmlər izlədim, özümü anlamağa çalışdım. Bütün səylərimi daxili dünyama yönəltdim. Velosiped sürməyə başladım. Təbiətlə çox təmasa keçdim. İndi nə keçmişlə, nə də gələcəklə maraqlanıram. Bu günlə yaşayıram. Arıqlamaq istəyənlərə tövsiyəm budur: yalnız deyilsiniz. İşə başlayın”.