Alimlər açıqladı: Qocalmanı gecikdirir və ömrü 25 faiz uzadır!

Alimlər qocalma əleyhinə müalicənin sirlərini açmağa bir addım daha yaxındırlar.

Sherg.az xəbər verir ki, İngiltərədəki Tibb Elmləri Laboratoriyasının Tibbi Tədqiqat Şurasının professoru Stüart Kukun rəhbərlik etdiyi komanda qocalma prosesində rol oynayan zülalı hədəf alan yeni müalicə üsulu hazırlayıb.

Bu müalicə siçanlar üzərində aparılan təcrübələrdə əhəmiyyətli nəticələr göstərib.

Müalicə olunan siçanların ömrü 25 faiz uzadılıb, xərçəngə tutulma riski azalıb, tükləri bozlaşmayıb, görmə qabiliyyəti yaxşılaşıb, əzələ funksiyaları güclənib.

75 həftəlik siçanlar orta hesabla 55 yaşındakı insana bərabər 155 həftə yaşasa da, müalicə olunmayan heyvanlarda bu müddət 120 həftə olaraq qeydə alınıb.

Tapıntıların həyəcanverici olduğunu bildirən professor Kuk müalicənin siçanlarda qocalma əlamətlərini azaltdığını və sağlamlığa müsbət təsir etdiyini söyləyib.

O, insanlar üzərində də oxşar təsirlərin ola biləcəyi ümidi ilə təhsillərini davam etdirdiklərini bildirib.

Tədqiqatçılar həmçinin müalicənin xroniki xəstəliklərdən və yaşa bağlı əzələ itkisi kimi problemlərdən qoruduğunu və telomer qısalmasını azaldacağını ifadə ediblər. Telomerlərin qısaldılması qocalma prosesində hüceyrələrin və xəstəliklərin funksiyalarının azalmasına səbəb ola bilər.

Bununla belə, professor Kuk qocalma əleyhinə dərmanların geniş miqyasda istifadə edilməsi üçün daha çox klinik sınaqlara və maliyyə vəsaitinə ehtiyac olduğunu vurğulayaraq, bu sahədə irəliləyiş üçün çətinliklərin olduğunu əlavə edib.