Uşaqlarda səpkili infeksiya müşahidə olunur
"Son vaxtlar uşaqlarda səpkili infeksiya müşahidə olunur. Qızılca deyil, məxmərək də deyil, su çiçəyi və skarlatina da deyil!".
Bu sözləri “Sherg.az”a açıqlamsında pediatr Vaqif Qarayev deyib.
Yayılan virusun "ağız-əl-ayaq" xəstəliyi olduğunu vurğulayan pediatr söyləyib ki, koksaki virusu tərəfindən törədilir. Oral, fekal-oral yolla ötürülür:
“Hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Dərhal həkimə müraciət edilməlidir ki, yuxarıda göstərilən xəstəliklərdən ayırd etsin. Spesifik müalicəsi yoxdur, hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. 5-7 gün ərzində keçir”.