İllərdir yanıldığımız ortaya çıxdı!
Harvard Universitetinin doktoru Nik Norvitz ayda 720 yumurta yeyərək sensasiyalı təcrübəsinin nəticələrini paylaşıb.
Sherg.az xəbər verir ki, yumurta istehlakının xolesterola təsirini müşahidə etmək istəyən Nik Norvitz gündə 24 yumurta yeyib. Təcrübə nəticəsində Harvardın alimi yumurtanın xolesterolu yüksəltməsi ilə bağlı fikirlərin həqiqəti əks etdirmədiyini iddia edib.
Dr. Norvitz, həddindən artıq yumurta istehlakının məşhur inancın əksinə olaraq "pis xolesterol" olaraq bilinən LDL səviyyələrini artırmadığını ifadə edib. Əksinə, təcrübənin sonunda LDL səviyyələri yüzdə 18 azalıb. Doktorun həddindən artıq yumurta istehlakı üzərində apardığı təcrübə də elm aləmində mübahisə yaradıb.
Mütəxəssislərin fikrincə, bağırsaq hüceyrələrində ifraz olunan xolesin hormonu qaraciyərə daha az LDL istehsal etməsi üçün siqnal verir. Bu, Norvitzin eksperimental nəticələrini müəyyən qədər izah edə bilər, ancaq xolesterol probleminiz varsa, yumurta istehlak etməzdən əvvəl həkiminizlə məsləhətləşmək faydalı olardı.