Müasir dərman bazarında soyuqdəymə əleyhinə müxtəlif çeşidli məhsullar təklif olunur. Ən çox istifadə edilənləri isə "Teraflu", "Tylolhot",''Parasetamol'' və “Nimesil"dir. Heç bir resept tələb edilmədən satılan bu dərmanları həs kəs istifadə edə bilərmi? Bu vasitələrin hansısa təhlükəsi varmı?
Professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, xaricdə soyuqdəymə xəstəlikləri "Cold-EEZE" adında bütün respirator infeksiyalarına ilkin diaqnoz qoyulur:
''Daha sonra söhbətin hansı xəstəlikdən getdiyi barədə identifikasiya olunur. Xaricdə "'Parasetamol", "Aspirin" kimi ağrıkəsicilər marketdə satılır. Yəni, bunların sərbəst satışına icazə var. Ancaq istənilən halda həkim təyinatından istifadə etmək daha məqsədəuyğundur. Hətta, ''Parasetamol'' xaricdə aptekdən kənar satış şəbəkələrində satılmasına baxmayaq, bunu həkim reseptinə uyğun almaq lazımdır. Çünki Amerikada ildə 500 min nəfər "Parasetamol"-dan ölür. Beləki bu peraparat qaraciyərin müdafiə sistemini təmin edən ferment qlutationun miqdarı yetərincə olmadıqda ''Parasetamol'' qəbul etdikdə kəskin qaraciyər yetməzliyi yarana bilər. Belə olan halda xəstəyi mütləq xəstəxanaya aparmaq lazımdır. Çünki insan bəzən qaraciyər çatışmazlığından ölə bilər. Nəzərə almaq lazımdır ki, hər bir dərmanın əks təsiri var. Bir çox hallarda soyuqdəymə üçün nəzərdə tutulan toz şəkilli dərmanları bir-birinə qarışdırılaraq istehlak edildiyinin şahidi oluruq. Lakin, bu dərmanlarınn tərkibləri bir-birinə tamamilə əksdir. Bu səbəbdən bir-birilərinə qarışdırılması məsləhət görülmür ".