Saçı tökülənlər nə yeməlidir? - Trixoloqdan 10 qida

Payızda saçların tökülməsi sürətlənir, saçtökülmənin səbəbləri çoxdur, amma əsas səbəblərdən biri qeyri-sağlam qidalanma, avitaminozdur.

“Medicina” xəbər verir ki,həkim trixoloq Anna Potapenko saç tökülənlərə rasionu dəyişmək üçün tövsiyələr verib.

“Saç tökülməsi qanazlığı, stress, ağır xəstəlik, infeksiyalardan ola bilər. Əlbəttə müalicə üçün həkimə getmək lazımdır. Başa soğan, istiot, maska qoymaqla saç tökülməsi müalicə edilmir.

Pasiyent evdə özü nə edə bilər təbii ki, qidasını dəyişə bilər.

Tüklər üçün ən yaxşı qidalar B qrup, E vitamini, biotin, dəmir və yağ turşularıdır.


Ona görə həftəlik bu qidaları rasiona daxil edin:


- Yumurta
- Kəsmik
- Pendir, yoqurt
- Göbələk

- Mərci, paxla
- Yaşıl göyərti, tərəvəzlər
- Alma, manqo, kivi, portağal

- Soyuq sıxım yağlar
- Yağlı balıq
- Dəniz məhsulları