Tanınmış həkim: İnsanlar meymun çiçəyindən özünü qorumalıdır

Meymun Çiçəyi xəstəliyi nadir, lakin yoluxucu bir virus infeksiyasıdır. Meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi və əsasən qərbi və mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Hal-hazırda Avropanın bir neçə ölkələrində aşkarlansa da, yoluxuculuq riski aşağı olan viruslardandır.
Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, meymun çiçəyi 1972-ci ildə Afrikada, 2020-ci illərdə isə Avropanın ölkələrində, Şimali Amerikada və digər ölkələrdə ilk dəfə görülmüş və Birləşmiş Millətlər Təşkilatı tərəfindən həmin virus artıq tanınmış və vüsət almağa başlamışdır:

“Xəstəlik birbaşa olaraq meymun çiçəyi olan xəstələrlə təmasda olduqda, yaxud xəstənin paltarı və cinsi yolla keçir. Xəstəlik iki, dörd həftəyə qədər davam edir. Bu zaman dəridə iri səpgilər içərisində maye yaranır. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı adından mpox yeni adı ilə artıq dünya çapında məşhurlaşıb. Ümumiyyətlə, mpox ilə karona virusunun bir çox fərqləri var. Karonada virusu özünü və formasını dəyişdirə, yeniləyə bilirdi. Amma meymun çiçəyində xüsusiyyətlər yoxdur. Xəstəlikdən öncə halsızlıqlar başlayır, dəridə səpgilər və başağrısı olur. Meymun çiçəyi xəstəliyindən insanlar özünü qorumalıdır. 2025-ci  ildə artıq bu çiçəklə yenidən qarşılaşma təhlükəsi ilə üz-üzəyik. Covid də biz xəstəliyi gözümüzlə görə bilmirdik. Amma çiçək virusunda xəstənin üzərində olan dəyişiklikləri görə bilirik. İçərisində maye və yaxud irin olan o qabarcıqlar da tədricən sorulur, quruyur və qabıqlanır. O qabıqlar da zaman-zaman müəyyən müalicələrdən sonra tam yox olub gedir. Çiçəyə görə artıq vaksin əldə olunduqdan sonra demək olar ki, epidemiya şəklində yayılmasına son qoyulmuşdu. Ümumiyyətlə, yenə də insanlar diqqətli olmalıdırlar”.