Yorğunluqdan belə xilas olun!
Yusif Nəzərli
02:36 09.12.2024
Sağlamlıq
444
Yorğunluq gündəlik həyatımızı çətinləşdirə və işlərimizi həll etməkdə maneə yarada bilər.
Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, yorğunluq fiziki və psixoloji səbəblərə görə baş verə bilər.
Qeyri-sağlam həyat tərzi, qeyri-rasional gündəlik rejim, yarımçıq yatmaq, hərəkətsizlik, depresiya və çox düşünmək yorğunluğun səbəbləri sırasına daxildir.
Gün ərzində uzun müddət oturaraq işləmək və ya maşın sürmək insanın hərəkətsiz qalmalı olduğu vəziyyətlər yorğunluğa yol açır. Uzun iş və ya dərs müddətində qısa fasilələr vermək enerji səviyyənizi qorumağa kömək edir. İki saatdan bir 5-10 dəqiqəlik fasilələr edin və bu fasilələr zamanı sadə gərmə hərəkətləri ilə əzələlərinizi rahatlaşdırın.
Yorğunluğu aradan qaldırmaq üçün sağlam və balanslı qidalanma vacibdir. Karbohidrat, zülal və yağ qrupları balanslı şəkildə istehlak edilməlidir. Sağlam yağların, meyvə və tərəvəzlərin qəbuluna diqqət yetirilməlidir.
Bədəninizin düzgün işləməsi üçün müxtəlif vitamin və minerallara ehtiyacı var. Dəmir, B12 vitamin, D vitamini və maqnezium çatışmazlığı yorğunluğa səbəb olur. Bu vitaminləri ehtiva edən qidaları müntəzəm olaraq istehlak etmək enerjinizi qorumağa kömək edəcək.
Yetərli miqdarda su içmək yorğunluq hissini azaldır.
Özünü daim yorğun hiss edən insanlar həftədə bir neçə gün yürüş edərək daha aktiv həyata sahib ola bilərlər. İdman yorğunluğun azaldılmasında əhəmiyyətlidir.
Daha nizamlı və keyfiyyətli yuxu yorğunluğu aradan qaldırmaq üçün təsirli həll yoludur. İnsanın kifayət qədər yuxu alması və ertəsi gün daha enerjili oyanması üçün gecə ortalama 7-9 saat yatması lazımdır.
Stresin idarə edilməsi yorğunluğun aradan qaldırılmasında mühüm rol oynayır. Streslə mübarizə aparan insanlar tez-tez ictimai fəaliyyətlərlə məşğul olaraq və müxtəlif hobbilər əldə etməklə problemin təsirlərini yüngülləşdirə bilərlər.
Xüsusilə gündəlik olaraq ilıq su ilə duş qəbul etmək daxili bədən istiliyinizi artıraraq özünüzü daha enerjili hiss etməyə kömək edəcək.
Daimi yorğunluq hissi təkcə yorulmaq və ya istirahətin olmamasına görə olmaya bilər. Həmçinin anemiya, limfoma, ürək xəstəlikləri, böyrək çatışmazlığı və s. xəstəliklərin əlaməti ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm
102 minə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb
16:57 19.05.2026
Elm və Təhsil
Azərbaycanda narkotiklərlə bağlı 32 qadın məsuliyyətə cəlb olunub
16:34 19.05.2026
Hadisə
Azərbaycana dünyanın marağı böyükdür - ŞƏRH
16:34 19.05.2026
Gündəm
Rusiya baş nazirinin müavini: Ermənistan son qərarını verməlidir
16:27 19.05.2026
Gündəm
Yeni müharibə İran xalqına da lazımdır - Asim Mollazadə
16:25 19.05.2026
Gündəm