Alimlərin yeni araşdırması ilə ürəyin yalnız beyindən gələn siqnallarla işlədiyi fikri təkzib edilib. Tədqiqatlar ürəyin mürəkkəb bir sinir şəbəkəsinə sahib olduğunu ortaya qoyub. "Mini beyin" adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.
Sherg.az xəbər verir ki, Karolinska İnstitutunun və Kolumbiya Universitetinin alimləri ürəyin avtonom sinir sistemi ilə işlədiyini və daha mürəkkəb bir quruluşa sahib olduğunu kəşf ediblər. Elm adamları bu kəşfin ürəyin beynin ritmik funksiyaları tənzimləmə tərzinə bənzər işləyən "mini beyin" olduğunu göstərir.
Tədqiqata rəhbərlik edən Karolinska İnstitutunun Neyrologiya şöbəsindən Konstantinos Ampatzis, bu sinir sisteminin ətraflı təhlilinin aritmiya kimi ürək xəstəliklərinin yenilikçi müalicələrinə yol aça biləcəyini söyləyib. Ampatzis, “Ürəyin bu qədər mürəkkəb neyron şəbəkəsinə sahib olduğunu görəndə çox təəccübləndik. Bu sistemi anlamaq ürək xəstəliklərində inqilab ola bilər" deyə vurğulayər.
Tədqiqatda zebra balığı modelindən istifadə edilmişdir. Bu balıq növü ürək döyüntüləri və funksiyaları baxımından insan ürəyinə oxşar xüsusiyyətlərə malikdir. Ürəkdəki neyronların quruluşu, təşkili və funksiyası təkhüceyrəli RNT ardıcıllığı, elektrofiziologiya və anatomik tədqiqatlar vasitəsilə ətraflı şəkildə təsvir edilmişdir.
Ampatzis araşdırmanın növbəti mərhələsində stress, idman və ya xəstəlik kimi vəziyyətlərdə ürəyin neyron şəbəkəsinin necə işlədiyini və bu prosesdə beynin rolunu araşdıracaqlarını açıqlayıb. O, həmçinin qeyd edib ki, ürək neyronlarında pozulmaların müxtəlif xəstəliklərə necə kömək etdiyini anlamaq üçün tədqiqatlar davam edir.
Andrea Pedroni və başqalarının rəhbərlik etdiyi araşdırma “Nature Communications” jurnalında dərc olunub.