
Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var -ŞƏRH
11:50 19.02.2025
Siyasət
803
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
Bu barədə məlumatı Azərbaycanın İsraildəki Səfirliyi öz “X” hesabında paylaşıb.
Bildirilib ki, tərəflər görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də regionda baş verən hadisələri müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. İki ölkə arasında xüsusilə iqtisadi, enerji və hərbi sahələrdə güclü əməkdaşlıq mövcuddur. Həmçinin ticarət və kənd təsərrüfatı, yüksək texnologiyalar və tibb sahələrində də birgə fəaliyyətdədirlər.
Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Azərbaycan və İsrail rəsmiləri arasındakı görüş çox mühüm əhəmiyyətə malikdir:

"İki ölkə arasında müsbət əlaqələr mövcuddur. Bu gün Azərbaycanın İsraillə bir çox sahələrdə əməkdaşlığı göz önündədir. İsrailin Baş naziri ilə Hikmət Hacıyevin görüşünü xüsusi dəyərləndirmək lazımdır. Burada əməkdaşlığın yeni perspektivləri və modelləri ətrafında da səmərəli müzakirələr aparılacaq. Özəlliklə, təkcə siyasi mənada deyil, həm də iqtisadi və digər sahələrdən də danışılacaq. Eyni zamanda bundan sonrakı tərəfdaşlığın meyarları ətrafında faydalı diskussiyalar aparılacaq. Bu mənada Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir və dünya üçün örnəkdir. Hər iki ölkə bu kontekstə yüksək dəyər verir. Ümumiyyətlə Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu baxımdan Azərbaycan və İsrail əlaqələrinin xüsusi çəkisi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region