
Professor: Hər bir həkim lisenziya əsasında çalışmalıdır
10:14 26.02.2025
Sağlamlıq
688
Stomatoloji kabinetlərlə bağlı müraciət daxil olsa, yoxlamalar aparılacaq.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
"Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz", - nazir deyib.
Eyni zamanda, səhiyyə naziri qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün vahid strategiya hazırlayır.
Professor Adil Qeybulla “Sherg.az”a deyib ki, bu cür problemlərin həll yolu akkreditasiya sisteminin yaradılmasıdır:

“Akkreditasiya sistemi o deməkdir ki, həkimlər baza tibb təhsili aldıqdan sonra sənədlərini Akkreditasiya Komissiyasına təqdim edirlər. Orada isə sənədlər təfsilatı ilə yoxlanılır və fəaliyyət lisenziyası verilir. Ümumiyyətlə hər bir həkim lisenziya əsasında çalışmalıdır. Həmçinin pasient istədikdə həkimin lisenziyasına baxmalı, lisenziya nömrəsi Səhiyyə Nazirliyinin reyestrində qeydə alınmalıdır. Çıxış yolu ancaq budur. Bu cür seçim olmadıqda, əlbəttə, istifadə etmə halları artacaq. Nəinki plastik cərrah, stomatologiya hətta gəlirli sahələrin hamısında korporativ maraq mövcuddur. Biz elə yol ilə getməliyik ki, tibbə korporativ marağın daxil olmasına şans qalmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm