Hərbi İnstitutun yaranmasının 107-ci ildönümünə həsr olunan tədbir keçirilib
Yusif Nəzərli
16:01 01.03.2025
Hərbi
834
Heydər Əliyev adına Hərbi İnstitutun yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Bu barədə Sherg.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Hərbi İnstitutun rəhbərliyi, professor-müəllim heyəti, zabit və kursantlar, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə hərbi təhsil müəssisəsinin yaranma tarixi və keçdiyi inkişaf yolundan danışılıb. Hərbi İnstitutun savadlı, bacarıqlı, vətənpərvər zabitlərin yetişdirilməsində əvəzsiz rolu olduğu diqqətə çatdırılıb.
Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Hərbi İnstitutun məzunlarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrini xüsusi vurğulayıb, təhsil müəssisəsində bu gün də yüksək biliyə, savada malik, vətənpərvər ruhda gənclərin yetişdiyini qeyd ediblər.
Tədbirdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrə, o cümlədən elm və təhsil sahəsinə diqqət daha da artırılıb. Bu gün Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsildə aparılan uğurlu islahatlar nəticəsində kursantların hərbi biliklərə yiyələnməsi üçün müasir standartlara cavab verən şərait yaradılıb.
Tədbir zamanı Hərbi İnstitutun keçdiyi tarixi yolu əks etdirən videoçarx maraqla qarşılanıb.
Hərbi orkestrin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim olunub.
Sonda hərbi xidmətdə və təhsildə fərqlənən bir qrup heyət mükafatlandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm