
Millət vəkili: Ermənistan soydaşlarımızın dədə-baba torpaqlarına təhlükəsiz qayıdışını təmin etməlidir
10:56 10.03.2025
Aktual
501
"Əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycana qayıdışımız qüdrətli Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Doğma el-obasından didərgin düşmüş soydaşlarımız artıq uzun illərdir ki, Vətən həsrəti ilə qayıdacaqları günü səbirsizliklə gözləyir".
Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb:

“Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb”.
Deputat bildirib ki, hazırda Qərbi Azərbaycan İcması yurd yerlərimizə qayıdış üçün soydaşlarımız arasında və beynəlxalq təşkilatlar əsaslı işlər görür:
“Belə ki, Böyük Qayıdış Konsepsiyasının ərsəyə gətirilməsi bu çərçivədə əsaslı tədbirlər görüldüyünün sübutudur. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməli, tarixi Azərbaycan torpaqlarında doğulub, yaşamış, etnik təmizləməyə, soyqırımına, deportasiyalara məruz qalmış minlərlə soydaşımızın itirilmiş hüquqları bərpa etməlidir.
Ermənistan hökuməti həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır”.
S.Salmanova qeyd edib ki, beynəlxalq hüquqa görə, hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib:
“Bizim hər birimiz necə 30 il qarabağlı idik, indi də hər birimiz Qərbi Azərbaycanlıyıq. Biz xalq olaraq necə həmin zaman bir olduq, rəhbərimizin ətrafında sıx birləşərək onun dəmir yumruğuna güc qatdıq və tarixi torpaqlarımıza qovuşduq, bu gün də eyni iradəni ortaya qoymalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual