Deputat: Azərbaycan əleyhinə istənilən hərbi gediş Ermənistan dövlətçiliyinin sonu ola bilər
Yusif Nəzərli
13:39 12.03.2025
Aktual
779
Ötən həftənin cümə günü Nikol Paşinyanın parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri, hökumət və partiyanın idarə heyətinin nümayəndələrinin iştirakı ilə baş tutan qapalı görüşündə Azərbaycanla sülh prosesi müzakirə olunmuşdu.
Ermənistanın müxalif “Hraparak” nəşri qapalı görüşlə bağlı maraqlı iddia paylaşıb.
Nəşrin yazdığına görə, deputatlardan biri təcili görüşün səbəbinin Yeqişe Kirakosyanın həmin gün baş verən istefası olduğunu bildirib. Paşinyan komandada yarana biləcək narazılığı əvvəlcədən yatırmağa çalışıb:
“Bir ilə yaxındır ki, mətbuat Kirakosyanın mümkün istefası barədə yazır, buna səbəb Azərbaycanın tələbi ilə Ermənistanın beynəlxalq məhkəmə proseslərindən imtina etməsi olub. İclasda Paşinyan “Mülki Müqavilə” üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir, İlham Əliyev nə ərazi iddialarından, nə də dəhliz tələbindən əl çəkir, imtina ediləcəyi təqdirdə müharibə qaçılmaz olacaq. O, təbliğatçılara bu barədə ictimaiyyəti fəal şəkildə məlumatlandırmağı tapşırıb ki, hər şey hamıya aydın olsun”, - məlumatda bildirilib.
Nəşr informasiyanın “təsdiqi” kimi “Mülki Müqavilə” fraksiyası üzvlərinin Zəngəzura “tez-tez baş çəkdiyini” xatırladıb:
“Məsələn, iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə iki dəfə bölgəyə səfər edib və yerli partiya fəalları ilə görüşlər keçirib. O, sakinləri mümkün müharibə ilə qorxutmağı tapşırıb”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a deyib ki, Ermənistan daxilində müşahidə olan siyasi proseslər birmənalı şəkildə bu ölkənin Azərbaycan əleyhinə yeni müharibəyə hazırlaşması barədə ehtimallar irəli sürmək üçün əsas verir:
"Xüsusən separatçıların məhkəməsi fonunda Qərb imperializminin Azərbaycan əleyhinə yeni kampaniyaya start verməsi, Ermənistanın aidiyyəti struktarlarının, ələlxüsus Ermənistan xarici işlər nazirinin qeyri-adekvat bəyanatları göstərir ki, proses Qərbdən idarə olunan vahid konsepsiya əsasında aparılır. Eyni zamanda Avropa İttifaqının "müşahidə missiyasının" öz "monitorinqlərini" intensivləşdirməsi, bir neçə gün əvvəl şərti sərhədlərdə yenidən atəş səsi eşidilməsi, o cümlədən Ermənistan tərəfin cari təmas boyu istehkamlar formalaşdırması İrəvanın işğal və təcavüzdə ehtiva olunan Vətən müharibəsinə qədərki status-kvonu bərpa etmək arzusunda olduğunu, Qərbin isə bu prosesdə İrəvanı təşviq etdiyini demək üçün əsaslar verir. Təbii ki, bölgədə müharibə başa çatıb, Azərbaycan yeni münaqişənin alovlanmasını arzulamır. Vətən müharibəsində və antiterror tədbirlərindən qalib tərəf kimi ayrılmasına baxmayaraq Azərbaycan sülh təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir və regionda dayanıqlı sabit əməkdaşlıq mühitinin formalaşmasını istəyir".
Deputat vurğulayıb ki, dövlət başçımızın da ifadə etdiyi kimi, "əgər ölkəmizə münasibətdə hər hansı formada təhdid yaranarsa, bu təhdidin harda yerləşməsindən aslı olmayaraq Azərbaycan istənilən yolla öz təhlükəsizliyini təmin edəcək və bu təhdidləri aradan qaldıracaq" ".
"Ermənistan isə anlamalıdır ki, Azərbaycan əleyhinə istənilən hərbi gediş bu ölkənin dövlətçiliyinin sonu ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı