
Gec yatmaq niyə depressiya riskini artırır? - ARAŞDIRMA
Yusif Nəzərli
15:10 20.03.2025
Sağlamlıq
577
Uzun illərdir ki, gec yatmağın psixi sağlamlıq problemləri riskini artırdığı məlum olsa da, bu vəziyyətin nədən qaynaqlandığı elm adamları tərəfindən uzun müddətdir müzakirə edilir.
Sherg.az xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan yeni araşdırmada 500-dən çox iştirakçı təhlil edilib. Gec yatmaq və depressiya arasındakı əlaqəyə fərqli bir baxış bucağı təqdim edən araşdırma, fərdlərin günün gec saatlarında daha narahat hiss etdiklərini və buna görə də uzun müddət oyaq qalmağın narahatlıq və depressiya ehtimalını artırdığını göstərir.

Gecə gec oyaq qalmağın spirtli içki qəbulunu artırdığı da müəyyən edilib. Bu vərdişin fiziki sağlamlığa təsirini tədqiq edən başqa bir araşdırma, kifayət qədər yuxu almamağın ürək-damar xəstəlikləri riskini artırdığını sübut etdi.
Gec yatmağa üstünlük verən fərdlərin erkən yatanlara nisbətən 2-ci tip diabetə tutulma ehtimalının daha yüksək olduğu ifadə edilib.
2018-ci ildə aparılan başqa bir araşdırma, gec yatmağın qadınlarda döş xərçəngi riskini artırdığını ortaya qoyub.
Surrey Universiteti tərəfindən aparılan hazırkı araşdırma depressiya və yuxusuzluq arasındakı əlaqəni aydınlaşdırmış kimi görünsə də, mütəxəssislər bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğunu da vurğulayırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol