Hər gün üstünə bal sürtüb yeyirdi, evdə gənclik dərmanı
İynə
yolu ilə fərqli nəticələr verə bilən botoks tətbiqi, gənclik parıltısına sahib
olmaq üçün bir çox insanın ağlına gələn ilk müalicə üsullarından biridir. Amma
60 yaşlı Viki Derosa görə, dəriyə qulluq üçün sərvət xərcləmək lazım deyil.
Botoks etmədən daha gənc görünə bilərsiniz. Sherg.az təfərrüatları təqdim edir.
60
yaşlı Viki sosial media hesabında botoksa meydan oxumaq və istifadə etdiyi
təbii maddələrdən nə qədər təsirli olduğunu göstərmək üçün müraciət edib. İstifadəçilər
60 yaşlı qadının təkliflərini nəzərə alaraq evdə sınaqdan keçirməyə
başlayıblar.
Gözəllik və dəriyə qulluq haqqında müxtəlif videolar
paylaşan 60 yaşlı Viki hər kəsin mətbəxində olan iki inqrediyentdən danışıb. O
qeyd edib ki, bu qəlyanaltılar da kifayət qədər sağlamdır. Belə ki, o, botoksla
üzündəki qırışlardan qurtulmadığını, dəriyə qulluq üçün əla olduğunu açıqlayıb.
Platformadakı 547 min pərəstişkarına müraciət edən 60 yaşlı
gözəl “Sizə botoks lazım deyil, sadəcə sarımsaq lazımdır” deyib. Bal və
sarımsaq qarışığının hər gün istehlak edilməsi lazım olduğunu söyləyən qadın bu
iki qidanın dəri
üçün möcüzələr yaratdığını iddia edir.
O qeyd edib ki, sarımsaq qan dövranına kömək edir, bu da öz
növbəsində dəri hüceyrələrinə qida və oksigeni daşıyır. "Bu, dərinizin
təbii şəkildə dolğunlaşmasına kömək edir" deyən Vicky bunun nəsildən-nəslə
keçən bir üsul olduğunu əlavə edib.

Mütəxəssislərin fikrincə, sarımsağın tərkibində olan güclü
antioksidantlar dəridə zərərli maddələrin əmələ gəlməsini azaltmağa və dərini
möhkəm saxlamağa kömək edir. Tərkibindəki kükürd orqanizmdə kollagen
istehsalını artırır və qırışları aradan qaldıra bilir.
İncə qırışlarla mübarizə aparan bu duet dərini qoruyan
çoxsaylı polifenolları ehtiva edir. Bal həmçinin dərini nəmləndirməyə,
kollageni artırmağa, sızanaqlarla mübarizə aparmağa və ümumi dəri toxumasını
yaxşılaşdırmağa kömək edir. Üstəlik, birbaşa üzə tətbiq edildikdə, möcüzələr
yaradan bir dəri maskasına çevrilir.
12 min sosial media istifadəçisi videonu bəyənərək sınamaq
istədiklərini ifadə edərkən, 600-dən çox insan şərh bölməsinə axışaraq müxtəlif
reaksiyalar verməyə başlayıb. Lakin məlum faktlardan biri də bal və sarımsağın
uzun illərdir dəriyə qulluqda təsirli olmasıdır. Tərkibindəki maddələr
sayəsində bir çox problemlərin aradan qaldırılmasında təsirli rol oynayır.