Levon Balayan Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulduğunu etiraf edib
11:00 05.09.2025
Hadisə
314
Sentyabrın 5-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.
APA xəbər verir ki, onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib, bu müddətdə ona “AKS-74” avtomat silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan “T-55”, “T-72” tipli ağır döyüş tankları, “BMP-1”, “BMP-2” markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxsdir - red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.
2020-ci il sentyabrın 20-də “Xankəndi şəhəri hərbi komissarlığı” tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş “3-cü müdafiə xətti”ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyonun adı “Alaşa” olub.
L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. Həmin vaxtdan “Artsakhbank” (Ermənistan bankıdır – red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol