Milli Məclisin sədri İsrailin yeni səfiri ilə görüşdü
11:57 11.09.2025
Siyasət
381
Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
Sherg.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edən spiker Sahibə Qafarova, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.
Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında müsbət münasibətlərin göstəricilərindən biri kimi, insanlar arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, vurğulanıb ki, multikultural və tolerant bir ölkə kimi, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də yaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən Azərbaycan icması, o cümlədən bu ölkədə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rolu qeyd edilib. Spiker Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprel ayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq, parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin, dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əhəmiyyəti bir daha vurğulanıb. Spiker Sahibə Qafarov, Vaşinqton razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz