Ağa Salamov: "Küçə satışı, onlayn satış qadağan edilməlidir"
“Quş qripi” yenidən yayılır. Avropada yüksək patogenliyə malik quş qripi hallarının ciddi şəkildə artdığı bildirilir. Təhlükəni önləmək üçün Türkiyə profilaktik tədbirləri gücləndirməyə başlayıb. Sherg.az xəbər verir ki, yeni qərara əsasən, toyuq və digər qanadlı heyvanların açıq yerlərdə, eləcə də məhəllə bazarlarında satışı və sosial media vasitəsilə ticarəti və satışı məhdudlaşdırılacaq.
Bu istiqamətdə valiliklər, icra hakimiyyətləri və bələdiyyələrlə birgə iş aparılacaq. Bundan əlavə, sosial şəbəkələrdə həyata keçirilən qanadlı heyvan satışlarının qarşısını almaq üçün regionlarda müvafiq qurumlar tərəfindən yoxlamalar gücləndiriləcək. Xüsusilə baytarlıq nəzarət-keçid məntəqələrində ölkə üzrə qanadlı heyvanların və onların məhsullarının daşınmasına nəzarət artırılacaq.
Qabaqlayıcı tədbirlərin ölkəmizdə də aparılmasının vacibliyini vurğulayan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycan Qida Təhlükəsziıyi Agentliyi bu sahədə zəruri tədbirlər həyata keçirir, amma vətənadaşlar da vəziyyətin məsələyə ciddiliyini nəzərə almalıdır:
- Bizim təbliğatımız məhz bu yöndədir ki, vətəndaşlar küçədə, səkilərdə, metro çıxışlarında açıq satışda olan, həmçinin sosial şəbəkələrdə satışı aparılan toyuq və toyuq məhsullarını almasınlar. Yəni, mənşəyi məlum olmayan məhsulu almasınlar. Sosial şəbəkədə baxırsan birisi satış məqsədilə toyuq reklam edir, 3 saatdır canlı yayımdadır. 2 saatdan sonra təkrar baxırsan ki hələ də canlı yayımdadır. 5 saat da toyuq əti masada saxlanarmı?!. Halbuki 2 saatdan sonra məhsulda bioloji çirklənmə prosesi başlayır, bakteriya yükü çoxalır. Kimə satdısa, o adam bədbəxt oldu. Bu məhsulun nəinki heç bir qida dəyəri qalmır, ən pis halda zəhərlənmə verəcək.
A.Salamov qeyd etdi ki, kəsilmiş toyuğun saxlanma şəraiti müsbət 2- müsbət 4 soyuducusudur. Kəsildisə, soyuq zəncirdə daşınmalıdır. Hətta emal proses gedən yer sərin temperaturda olmalı, 18-20 dərəcədən aşağı olmalıdır:
- Amma baxırsan ki hazır toyuq məhsulunu ev şəraitində qoyub qarşısına reklam edir. Ev temperaturunda, bəlkə də kombi yanır mənzildə 45-50 dərəcədə. Ördək, qaz, toyuq, qaşqaldaq... reklam edirlər, insanlar da bunun zərərini bilmədikləridən sifariş edir, gətirib qapıyadək çatdırırlar, vətəndaş da sevinir ki, nə yaxşı oldu, mağazaya getməyə ehtiyac qalmadı, qida qapıya gəldi. Olmaz belə. Bu, böyük təhlükədir. Bu məıhsulun harada istehsal olunduğunu, hansı şəraitdə yetişdirildiyini, baytar nəzarətindən, yoxlamadan keçib-keçmədiyini, xəstəlik daşıyıcısı lub-olmadığını bilmədən alıb bişirib yemək olmaz. Toyuq məhsulu müsbət 4 dərəcədən yuxarı şətaitdə saxlanmamalıdır. Emal prosesi gedirsə 2 saat ərzində bitməlidir. Mənşəyi bilinməyən məhsulu almaq təhlükəlidir.
Mütəxəssis bildirdi ki, ümumiyyətlə, sosial şəbəkələrdə qanadlı heyvanların satışına qadağa qoyulmalıdır. Küçə satışı, onlayn satış qadağan edilməlidir:
- AQTA tərəfindən yoxlamaların aparılması bəyənilən addımdır. Vəhşi təbiətdən gələn siqnalların operativ qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin planlaşdırılması xəstəliklərin qarşısını almaq üçün vacibdir, ictimai sağlamlıq və heyvanların qorunması baxımından vaxtında görülmüş tədbirlərdir.