ABŞ-da iflic olan xəstələrin ünsiyyətini təmin edən yeni sistem hazırlanıb

ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) maliyyələşdirdiyi tədqiqat çərçivəsində iflic olan xəstələrin danışığını və bədən hərəkətlərini eyni vaxtda ötürə bilən yeni beyin-kompüter interfeysi hazırlanıb.

Sherg.az xəbər verir ki, Kaliforniya Universitetində aparılan araşdırmada üç iflic xəstənin beyin siqnalları maşın öyrənməsinə əsaslanan sistem vasitəsilə virtual obraza ötürülüb.

Sistem xəstələrin danışıq və bədən hərəkətləri ilə bağlı beyin siqnallarını xüsusi kabellər vasitəsilə rəqəmsal mühitdəki virtual obraza çatdırır. Bildirilir ki, texnologiya xüsusilə ALS xəstələrinin daha sürətli ünsiyyət qurmasına imkan verir.

Tədqiqatçılar hazırda sistemin simsiz versiyası üzərində də çalışırlar. NIH rəhbəri Debara Tucci nəticələrin ağır iflicli xəstələrin gələcəkdə daha geniş imkanlarla ünsiyyət qurmasına ümid yaratdığını bildirib.