Adi saç şampununa bunları əlavə edin, faydasını görün
Fidan Həmişəyeva
08:45 15.03.2021
Sağlamlıq
775
Adi gündəlik istifadə etdiyimiz şampunu zəngnləşdirmək olar. Zənginləşdirilmiş şampun saçlara həm kosmetik, həm də müalicəvi təsir edir - saçları möhkəmləndirir, kəpəklə mübarizə edir, tökülməsini azaldır, xarici görünüşünü xeyli yaxşılaşdırır.
“Sherg.az” türk mediasına istinadən şampunu zənginləşdirmək üçün müxtəlif inqrediyentləri açıqlayır:
1. Şampun + bal
Şampunu yarıbayarı olmaqla balla qarışdırın, saçlara çəkin, yüngül massaj edin, 10 dəqiqə saxlayın, yaxşı yuyun. Müxtəlif vitamin və minerallarla zəngin olan bal saçları möhkəmləndirir, tökülməsini azaldır, daha parıltılı və canlı edir. Həmçinin bal baş dərisinə də müsbət təsir edir, kəpəyi azaldır.
2. Şampun + süd
100 ml südə 1 yemək qaşığı şampun əlavə edin, yaxşı qarışdırın, saçlara çəkin, masaj edin, 10 dəqiqə saxlayın, yuyun. Süd saçları daha möhkəm və canlı edir, tökülməsini azaldır.
3. Şampun + alma sirkəsi
Şampunla alma sirkəsini yarıbayarı qarışdırın. Alma sirkəsi saçları sağlam və parıltılı edir.
Zənginləşdirilmiş şampunların istifadəsi:
Birinci dəfə saçınızı adi şampunla yaxşı yuyun və yaxalayın. Daha sonra şampunun lazım olan miqdarını kiçik şüşə və ya plastik qaba tökün, seçdiyiniz inqrediyent (bal, süd və ya alma sirkəsi) əlavə edin, qarışdırın. Sonra bu zənginləşdirilmiş şampunla saçınızı 2-ci dəfə yuyun və yaxşı yaxalayın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat