Afərin, doktor!!!
Məlahət Rzayeva
08:47 01.04.2021
Sağlamlıq
681
Həm müalicə edir, həm də fleyta çalaraq xəstə uşaqları sevindirir
Kayseri şəhər xəstəxanasında 3 il əvvəl fəaliyyətə başlamış Uşaq Palyatif Qulluq şöbəsində çalışan 13 illik tibbi təcrübəyə malik uzman doktor Adəm Dursun uşaqları həm müalicə edir, həm də onlar üçün fleyta çalaraq əhval-ruhiyyələrini yüksək tutmağa səy göstərir. Doktor, “məqsədimiz uşaqların qalan ömürlərini keyfiyyətli, rahat bir şəkildə yaşamalarına dəstək olmaqdır.
Elə körpələr var, oksigen cihazına bağlı halda yatır, tərpənə bilmir. Belə halda onlara nəyləsə dəstək olmaq, sevindirmək gərəkdir. Mən əlimdən gəldiyi qədər kömək etməyə çalışıram, fleyta çalıram. Sevgi, hər körpənin qeyd-şərtsiz haqqıdır” deyir.
Uşaq Palyatif Mərkəzində 3 həkim və 9 tibb bacısı çalışır. Burada ağır xəstəliyi olan körpələr (spinal muskulyar atrofiya, serebral palsi, müxtəlif xronki xəstəliklər ) müalicə olunur. Körpələrə yardımçı xadimələr və tibb bacıları qulluq edir.
Tibb bacıları körpələrlə müxtəlif oyunlar oynayır, doktor Adəm Dursun isə fleyta çalaraq əhvallarını yüksək saxlamağa səy göstərir.
“Tibb bacıları və həkimlərlə xəstə körpələr arasında möhkəm bağlar yaranır. Ata-analarını görəndə sakit, səssiz qalan körpələr həkim və tibb bacılarının az qala boyunlarına sarılmaq istəyirlər.
Onlar xroniki xəstəlikləri olan körpələrdir. Onlar bu xəstəlikləri özləri seçməyib. Xəstələnmələrində bu körpələrin heç bir günahı yoxdur” deyən doktor Dursun əlimizdən gəldiyi qədər bu körpələrə haqq etdikləri sevgini verməyə çalışırıq” söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə