Alimdən XƏBƏRDARLIQ: “Yeni silsiləvi viruslara hazır olmalıyıq”
06:00 14.03.2021
Sağlamlıq
480
Türkiyəli məşhur professor doktor Uğur Şahin epidemiya ilə bağlı kritik açıqlamalar verib. U.Şahin COVİD-19-un dünyanın gördüyü ən dəhşətli epidemiya olmadığını və gələcək illərdə silsiləvi şəkildə yeni virusların ortaya çıxacağını deyib.
Sherg.az musavat.com-a istinadən bildirir ki, milyonlarla insana təsir edən koronavirus epidemiyasına qarşı ilk peyvəndi hazırlayan "BioNTech" şirkətinin qurucusu. Dr. Uğur Şahin bu açıqlamaları ABŞ mərkəzli yayım şirkəti olan "Bloomberg"-ə verib.
Gələcəkdə hamımızı daha ölümcül və sarsıdıcı epidemiyaların gözlədiyini söyləyən Uğur Şahin bu vəziyyətlə üzləşməmək üçün ciddi şəkildə hazırlıqlı olmağın lazımlığını vurğulayıb. Professora görə, bəşəriyyətin görə biləcəyi ən böyük tədbir peyvəndlənmədir.
"Dərman istehsalçılarının və dünya dövlətlərinin əsas məqsədi bir peyvənd istehsal edildikdən sonra üç ay ərzində bütün dünyanı immunizasiya edəcək bir istehsal gücünə sahib ola bilməkdir. Biz hazır deyilik. Dünyadakı bütün əhali üçün kifayət qədər doza istehsal etmək çətindir. Məsələ peyvəndi tez tapmaq deyil, eyni zamanda, sürətli şəkildə, kifayət qədər istehsal etmək də vacibdir", - professor qeyd edib.
Hazırda Avropa əhalisinin yüzdə 7-si və ABŞ əhalisinin yüzdə 19-u ən az 1 doza peyvənd edilib. Uğur Şahin peyvənd istehsalçılarının gələn il bütün dünyaya kifayət qədər doza verəcəyini düşünür. "Pfizer-BioNTech" tərəfindən 2022-ci il üçün təyin olunan illik hədəf U.Şahin tərəfindən 3 milyard doza olaraq elan edilib.
Virusdakı mutasiya artımının da həyəcan verici olduğunu deyən Prof. Dr. Şahin, inkişaf etdirdiyi peyvəndin bu qədər yüksək təsir göstərəcəyini düşünmədiyini də bildirib. Koronavirus peyvəndi sayəsində insan bədənində virusun inkişafının qarşısını aldığını ifadə edən U.Şahin koronavirus peyvəndinin iki ildən bir təkrarlanmasının vacib olduğunu da vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual