Alimlər: "Mal, qoyun, quzu ətindən imtina etmək lazımdır"
Yusif Nəzərli
22:14 28.01.2022
Sağlamlıq
645
Hələ 1912-ci ildə - 110 il əvvəl bir qəzetdə qlobal istiləşmə, iqlim dəyişikliyi ilə bağlı proqnoz verilib
İqlim dəyişikliyi və onun özüylə bərabərdə gətirdiyi qlobal istiləşmə son illərdə planeti təhdid edən ən böyük problemlərdən biridir. Fəqət bu təhdidə qarşı dünya sanki səssiz qalmaqdadır. Alimlərsə bəşəriyyəti təhdid edən bu problemdən çıxış yollarını aramaqdadır. Hansı yollar, metodlar təklif edilir. “Şərq” xarici mediada yer alan maraqlı materialı təqdim edir. Alimlər bu fikirdədir ki, iqlim dəyişikliyini önləməyin əsas yolu insanların təfəkküründə dəyişiklik etməkdən keçir. Qlobal istiləşmənin əsas səbəbi atmosferə atılan karbon qazı – qarbondioksit sayılır. Sənaye inqilabından ötən müddət ərzində atmosferə atılan karbon qazının miqdarı 50 faiz artıb.
Bunu önləmək üçün karbon qazının daha az atıqlara malik olması, istifadəsi və depolanması istiqamətində bir sıra texnologiyalar tətbiq edilir. Bunlardan biri də “Net Zro Teeside”dir. NZT sənayenin havaya ötürdüyü karbon qazının təmizlənməsi və xüsusi boru xəttiylə Şimal Dənizinin bir neçə kilometr dərinliyindəki açıq dəniz depolarına istiqamətləndirməkdən ibarətdir. Bu depoda toplanan qazların sonradan nəqliyyat sektorunda təkrar istifadə üçün emal ediləcəyi planlaşdırılır. Əgər bu sistem tətbiq edilərsə, 2030-cu ildə atmosferdəki karbon qazının miqdarı 0-a düşəcək.
Başqa bir çözüm mal-qaranın, xüsusən də inəklərin dəniz yosunlarıyla bəslənməsidir. Niyə? Çoxillik tədqiqatlar nəticəsində məlum olub ki, atmosferi çirkləndirən qazlardan biri də metandır. Metan qazı isə məhz mal-qara peyinindən əmələ gəlir. Lakin mal-qara dəniz yosunlarıyla bəslənərsə, metan qazının da miqdarı kəskin şəkildə azalacaq. Alimlər dəniz yosunları istehsalının üsullarını da tapıblar.
Gəlinən qənaətlərdən ən ilginci və insanların əksəriyyətinin heç də xoş qarşılamayacağı vasitədir. Alimlər bu fikirdədir ki, atmosferdəki metan qazının miqdarını azaltmağın bir yolu da dana, mal, qoyun, quzu ətindən imtinadır. Bunların əvəzinə isə böcəklərdən istehsal ediləcək süni ətlərə üstünlük verilməlidir. Gəl də bunu bizim camaata anlat və inandır. Onsuz da yediyimizin 90 faizi süni qidalardır. Hələ ki, ət bir az təmiz qalıb, ondan da imtina edək? Bu, nəinki bizim xalq üçün, digər xalqlar üçün də çox çətin, qəbuledilməz görünür. Alimlər hətta qlobal istiləşmənin qarşısını almaq üçün göy üzünə duz damlaları püskürtməklə qütblərin dondurulmasını da təklif edirlər.
Distant iş qlobal iqlim dəyişikliyinin önünü kəsə bilər. Pandemiya dövründə insanların karantin qadağası səbəbiylə evdən az çıxmaları, avtomobillərin, ictimai nəqliyyatın az hərəkət etməsi atmosferdə karbon qazının miqdarını azaldır. Həmçinin insanlar mənzillərində də az enerji sərfinə diqqət etməlidir.
Diqqət çəkən bir xəbərsə hələ 1912-ci ildə - 110 il əvvəl bir qəzetdə qlobal istiləşmə, iqlim dəyişikliyi ilə bağlı proqnoz verilməsidir. Yeni Zelandiyanın “Rodney and Otamatea Times” qəzetinin 14 avqust 1912-ci il tarixli sayında ilginc məqalə yer alıb. Məqalədə qeyd edilirdi ki, daş kömür istehsalının, həmçinin kömür istehlakının getdikcə artması gələcəkdə iqlim dəyişikliyinə səbəb olacaq. Hətta kömür istehlakının artmasının dünyanı fəlakətə sürükləyəcəyi 1850-ci illərdə danışılmağa başlanıb. Amma bəşəriyyət bundan bir nəticə çıxarana oxşamır. Təkcə 2016-cı il ərzində dünyada 5.3 milyard m/kub kömür istifadə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı