
Alimlərdən Alzheimerə qarşı yeni üsul: SHIELD nədir?
10:01 25.09.2025
Sağlamlıq
438
Alzheimer xəstəliyi hər üç saniyədə bir nəfərə demans diaqnozu qoyulması ilə dövrümüzün ən böyük ictimai sağlamlıq problemlərindən birinə çevrilməkdədir.
Sherg.az xəbər verir ki, dünyada hazırda təxminən 50 milyon insan Alzheimer ilə yaşayır. Bu rəqəmin 2050-ci ilə qədər 130 milyonu aşacağı gözlənilir.
Lakin mütəxəssislərin fikrincə, bu gedişatı dəyişmək mümkündür. Lancet Komissiyasının 2024 hesabatı Alzheimer hallarının üçdə birinin risk faktorlarından qaçınmaqla qarşısının alına biləcəyini ortaya qoyub.
Aşağı fiziki aktivlik, piylənmə, yüksək təzyiq, siqaret, depressiya, şəkərli diabet, eşitmə və görmə itkisi, sosial təcrid və hava çirkliliyi kimi 14 dəyişdirilə bilən risk faktoru mövcuddur. Lakin bu qədər hədəfi fərdlərin izləməsi çətindir.

"The Conversation"da dərc olunan məqaləyə görə, mütəxəssislər bu səbəbdən insult əlamətlərini izah edən FAST modeli kimi Alzheimer üçün də sadə və yadda qalan bir yol xəritəsinə ehtiyac olduğunu vurğulayırlar.
Təklif olunan modelin adı: SHIELD (yuxu, kəllə-beyin travmasının qarşısını alma, idman, öyrənmə, qidalanma).
SHIELD-in əsas dayaqları
Yuxu: Orta yaşda 5 saatdan az yatmaq və ya keyfiyyətsiz yuxu gələcəkdə Alzheimer riskini ciddi şəkildə artırır. Yuxunun kifayət qədər olması beyni zərərli zülal yığılmasından qoruyur.
Kəllə-beyin travması: İdman zədələri və ya məişət zorakılığından qaynaqlanan zərbələr demans riskini yüksəldir. Erkən yaşlardan görüləcək tədbirlər beyin sağlamlığını qoruyur.
İdman: Daimi hərəkət piylənmə, hipertoniya və depressiya riskini azaldarkən beyin hüceyrələrinin inkişafını dəstəkləyir. Mütəxəssislər idmanı yalnız “ürək dərmanı” deyil, həm də “beyin dərmanı” kimi təsvir edirlər.
Öyrənmə: Təhsil və ömür boyu öyrənmə beynin “koqnitiv ehtiyatını” gücləndirir. Yeni bir dil öyrənmək və ya zehni çətinləşdirən hobbilərlə məşğul olmaq Alzheimerə qarşı qoruyucu təsir göstərir.
Qidalanma: Aralıq dənizi tipli pəhriz - yəni tərəvəz, meyvə, tam taxıl, balıq və zeytun yağı ağırlıqlı qidalanma - beyni iltihab və damar xəstəliklərindən qoruyaraq demans riskini azaldır.
Hələlik dəqiq müalicəsi olmayan Alzheimer üçün ən təsirli yolun profilaktika olduğu vurğulanır. SHIELD modeli isə cəmiyyətin asanlıqla mənimsəyə biləcəyi, sadə, lakin elmi əsaslara söykənən bir yanaşma təqdim edir.
Mütəxəssislərə görə, Alzheimerin “qaçılmaz” olduğu fikrindən artıq imtina edilməlidir. Düzgün həyat vərdişləri ilə milyonlarla insanın zehni və yaddaşı qoruna bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region