Avropa ilk və yeganə süni ürək cərrahı olan türk qadından danışır
22:45 22.10.2022
Sağlamlıq
682
Türkiyənin Ordu bölgəsindən Almaniyaya mühacirət etmiş türk qadın böyük uğurlara imza atıb. Avropada süni ürək cərrahiyyəsi üzrə ilk və yeganə qadın həkim olan Dilek Gürsoy Amerikanın məşhur jurnalı - "Forbes"in üz qabığında yer alacaq.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, tibb sahəsində uğurlu araşdırmaları ilə məşhurlaşan və Avropada tam süni ürək transplantasiyası həyata keçirən ilk qadın ürək cərrahı Dr. Dilek Gürsoy “Forbes” jurnalının 3 noyabrda nəşr olunacaq üz qabığında yer alacaq.
12 ildir süni ürək sahəsində çalışdığını və belə bir jurnalın üz qabığında olmaqdan qürur duyduğunu bildirən Gürsoy, “Jurnalda Almaniyada quracağımız ürək xəstəxanası haqqında məlumat verdim. Süni ürək araşdırmaları haqqında danışdım. Son işlərlə əlaqədar məlumatı verdim" deyə bildirib.
Ürək çatışmazlığının böyük problem olduğu dövrdə donor orqan qıtlığına diqqət çəkən Gürsoy bunları deyib:“Ona görə də tam süni ürək araşdırmalarına əhəmiyyət verilməli və daha çox büdcə ayrılmalıdır. Həm insanlar, həm də heyvanlarla bağlı çoxlu təcrübə aparmışam. Süni ürək xüsusilə qadınlarda böyük əhəmiyyət kəsb edir".
Almaniyaya köçən Ordulu fəhlə ailəsində dünyaya gələn Dr. Dilek Gürsoy uğurlu əməliyyatları ilə Avropada axtarılan azsaylı həkimlərdən biridir.
Avropada süni ürək cərrahiyyəsi üzrə ilk və yeganə qadın həkim olaraq Dr. Gürsoyun Almaniya ilə yanaşı Hindistan və Türkiyədə də mühüm ürək əməliyyatlarında iştirak etdiyi məlumdur.
2019-cu ildə Almaniyanın ən nüfuzlu mükafatlarından biri olan "Victress Avard" və Alman Tibb Mükafatına layiq görülməklə yanaşı, Gürsoy İlin Həkimi adına da layiq görülübi. Gürsoy hazırda Düsseldorfdakı "Bel Etage" klinikasının baş həkimidir.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm