Ayaqlar altında qalan sərvət - Keçibuynuzu bitkisinin 10 faydası
Fidan Həmişəyeva
10:10 11.03.2021
Sağlamlıq
2129
Keçibuynuzu unikal bitkidir. Təəssüf ki, bu faydalı müalicəvi bitki nadir hallarda istifadə olunur.
Payızda keçibuynuzu “meyvəsi” yerə tökülür və onu küçələrdə hər yerdə görmək olar. Bitkini yığın, qurudun və daha sonra effektli təbii müalicəvi vasitə kimi istifadə edin. Keçibuynuzunun faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitməz.
“Sherg.az” “Cnnturk.com”a istinadən keçibuynuzunun faydalarını açıqlayır:
1. Dəmirlə zəngin olan keçibuynuzu qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı kömək edir. Bu məqsədlə keçibuynuzu siropu və ya doşabı istifadə oluna bilər.
2. Tərkibində olan maqnezium və kalium minerallarına görə keçibuynuzu ürək-damar sistemi üçün çox faydalıdır - arterial təzyiqi normallaşdırır, ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.
3. Keçibuynuzu sidikqovucu təsirə malikdir - orqanizmdən ziyanlı maddələri və artıq mayeni xaric edir, ödemlərin qarşısını alır.
4. Keçibuynuzu həzm sisteminin fəaliyyətinə çox müsbət təsir edir - ishal zamanı kömək edir, həzm proseslərini yaxşılaşdırır, kop və qıcqırmanı yox edir.
5. Boğaz iltihabı zamanı keçibuynuzu bitkisi ilə qarqara çox effektlidir. Bitki qurudulur, üyüdülür, 1 ç.q. olmaqla 1 stəkan isti suda 30-40 dəqiqə ərzində dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
6. Keçibuynuzu siropu və doşabı nevroloji simptomları azaldır, yuxunu tənzimləyir.
7. Keçibuynuzu öskürək və bronxit zamanı olduqca effektlidir. Bu məqsədlə keçibuynuzu siropu və ya doşabı istifadə olunur. 1 ç.q. sirop və ya doşab 1 stəkan ilıq suda həll olunur və gündə 3 dəfə içilir.
8. Keçibuynuzu qurdqovucu təsirə malikdir.
9. Bitki immun sistemini möhkəmləndirir, soyuqdəymə xəstəliklərinin qarşısını alır.
10. Keçibuynuzu bitkisi kalsiumla zəngindir və bu səbəbdən sümük və oynaqlarımız üçün olduqca faydalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat