Azərbaycanda hemofiliyanın müalicəsi sahəsində böyük dönüş müşahidə olunur
17:35 18.04.2021
Sağlamlıq
706
Azərbaycanda 22 il ildir ki, qeyd olunan Dünya Hemofiliya Günü (DHG) 2021-ci ildə yeni nəfəs və yeni ümidlərlə qeyd edilir. 1999-cu ildən qeyd olunan DHG tarixinə nəzər salsaq, 22 il ərzində dünyada tibb elminin inkişaf dinamikasının şahidi oluruq.
Azərbaycanda hemofiliyalı uşaq və böyüklər ölümə məkum idilər. Yeganə müalicə üsulu donor qanından hazırlanmış plazmanın damar daxili köçürülməsi idi. Bu da yaşamağa az ümidverici bir vasitə idi.
Hazırda Azərbaycanda hemofiliyanın müalicəsi sahəsində böyük dönüş müşahidə olunur. 1700-dən çox, bunlardan 300 nəfərdən çoxu məktəbəqədər və məktəb yaşlı uşaqlar irsi qanaxma pozğunluqlarından (hemofiliya, von Willebrand xəstəliyi, nadir faktor çatışmazlığı, trombositlərin disfunksiyası, hemofiliya geninin daşıyıcıları) əziyyət çəkən vətəndaşlarımızı sağlam gələcək gözləyir. Çünki hazırda uşaqların müalicəsində inkişaf etmiş dövlətlərdə istehsal olunan qanı laxtalandıran faktor preparatları istifadə olunur və bu da həyat keyfiyyətini 60 faiz yüksəltməyə imkan verir. Lakin tibb elminin inkişafı hemofiliyanın daha da keyfiyyətli müalicəsi üçün dərman preparatları və hətta tam sağalması üçün gen terapiyasının tətbiqi ilə dünyaya sübut etdi.
Hemofiliyalı Xəstələrin Respublika Assosisiyası 17 Aprel Günü münasibəti ilə Beynəlxalq Konfrans keçirib. Konfransın açılışında Heydər Əliyev Fondunun departament direktoru, millət vəkili cənab Soltan Məmmədov, TƏBİB-in Stasionar Tibbi Xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə xanım Ağayeva, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru cənab Valeh Hüseynov Konfransın işinə uğurlar arzu etdilər və hemofiliya problemlərinin həlli üçün birlikdə fəaliyyətin gücləndirilməsini vurğuladılar. Spikerlərdən Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Dr. Naidə Hüseynzadə "Hemofiliya və digər laxtalanma pozğunluqlarda müasir yanaşma metodları", Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Uşaq şöbəsinin müdiri Dr. Sevil Cəlilova "Hemostaz pozğunluqları ", Hemofiliyalı Xəstələrin Respublika Assoasiyasının sədri Ayaz Hüseynov "Pasientlərin hüquqlarına dair beynəlxalq kriteriyalarla yanaşma " mövzularına dair təqdimatlarla çıxış etdilər.
Pandemiya şərtlərini nəzərə alıb, təşkil edilmiş konfransda gibrid formatda (canlı və onlayn) Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqları, genetikləri ilə yanaşı İrlandiyadan Avropa Hemofiliya Konsorsiumunun prezidenti cənab Deklan Noon, Almaniyadan Hemofiliya Mərkəzinin rəhbəri professor Yohanes Oldenburq və İzraildən professor Gili Kennet internet vasitəsi ilə qoşularaq hemofiliyanın ən keyfiyyətli müalicələrinə dair təqdimatlar ediblər.
Çıxışlarda diqqəti çəkən məsələ yaxın gələcəkdə yeni dərman preparatlarının və gen terapiyasının geniş tətbiqi mövzusu oldu.
Qeyd edək ki, özündə 140-dan çox ölkəni birləşdirən Dünya Hemofiliya Federasiyasının 2021-cildə olan “Dəyişikliyə adaptasia və yeni dünyada yardımın dayanıqlı təminatı” şüarı altında dünya alimləri, həkimləri, millət vəkilləri, dövlət strukturlarının nümayəndələri, KİV-lər, pasientlər və onların ailə üzvləri, dərman şirkətlərinin nümayəndələri və sair iştirak ediblər.
Konfransdan sonra isə axşam saatlarında Bakı şəhərinin əsas rəmzlərindən biri olan Qız Qalası abidəsi 17 Aprel DHG -ə həsr edilərək qırmızı işıqla boyandı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə