Bel ağrısına son! - Ən sadə həllər bunlardır

Bel ağrısı müasir həyatın ən çox rast gəlinən şikayətlərindən biridir. Lakin doğru məşqlər, düzgün yuxu vəziyyəti və kiçik həyat tərzi dəyişiklikləri ilə bu problemi nəzarətdə saxlamaq mümkündür. Sherg.az detalları təqdim edir...

Uzun müddət oturmaq, ağır yük daşımaq və ya yanlış yatmaq… Bel ağrısına səbəb olan bəzi vərdişləri dəyişdirməklə ağrıların əhəmiyyətli dərəcədə azaldığı bildirilib.

Bel ağrısı cəmiyyətdə çox rastlanan bir şikayətdir və müxtəlif səbəblərdən yaranır. Əzələ gərginliyi, ağır qaldırma, ani hərəkətlər, pis duruş, idman çatışmazlığı, sinir sıxılmaları və artıq çəki ən çox rast gəlinən səbəblərdəndir. Həmçinin, skolioz, bel yırtığı, fibromialgiya, ankilozan spondilit kimi revmatik xəstəliklər, böyrək daşları və sidik yolu infeksiyaları da bel ağrısına yol açır.

Ani hərəkətlər, yanlış qaldırma texnikası və ya uzunmüddətli zorlanma əzələ və bağ toxumalarında gərginliyə səbəb olur. Bu isə zamanla əzələ spazmı yaradaraq ağrını artırır.

Onurğa sümükləri arasındakı disklərin şişməsi və ya cırılması sinirlərə təzyiq edir. Hər zaman ağrı yaratmasa da, adətən görüntüləmə zamanı aşkar olunur.

Onurğadakı artrit, onurğa kanalının daralmasına - spinal stenoza səbəb olur. Bu da beldə ağrı və hərəkət məhdudluğu yaradır.

Xüsusilə qadınlarda geniş yayılmış osteoporoz sümüklərin zəifləməsinə, qırılmalara və bel ağrısına səbəb olur. Şiddətli ağrı, həssaslıq və boyun qısalması müşahidə olunur.

Uzun müddət masa arxasında işləyənlərdə təsadüf edilir. Əzələ və yumşaq toxumalı ağrı ilə özünü göstərir. Duruş pozğunluğu və əzələyə təzyiq ağrını tez tetiklər.

Boyun yırtığına bağlı ağrı kürəyə yayıla bilər. Ağrıya qolda uyuşma və ya güc itkisi də qoşularsa boyun yırtığından şübhələnməyə dəyər.

Yumşaq toxuma revmatizmi olan fibromialgiya xüsusilə qadınlarda daha çox rast gəlinir və bütün bədəndə ağrı ilə yanaşı bel ağrısına da gətirib çıxarır. Yorğunluq, stress, şişkinlik və depressiya ilə müşayiət olunur.

Revmatik xəstəliklər, oynaq şişləri, ankilozan spondilit, zona, alkaptonuriya və müxtəlif nevroloji xəstəliklər bel ağrısına səbəb olur. Çiyin bıçağına yayılan qəfil bel ağrısının bəzən infarkt əlaməti ola biləcəyi də unudulmamalıdır.

Müntəzəm idman və ideal çəkini qorumaq bel nahiyəsinə düşən yükü azaldaraq ağrını yüngülləşdirir. Sağlam qidalanma isə əzələ və sümük sağlamlığını gücləndirir.

Yan yatmaq və dizlərin arasına yastıq qoymaq ağrını azalda bilər. Gün ərzində dik oturmaq ağrının artmasının qarşısını alır.

Əvvəlcə buz, bir neçə gün sonra isə isti tətbiqi əzələləri rahatladır və qan dövranını artırır.

Əzələ güclənməsi, elastikliyin artırılması və duruşun düzəldilməsi üçün çox effektivdir.

Krem və ya dərmanlar müvəqqəti rahatlıq verir, lakin uzunmüddətli həll deyil.

Böyük sinəli şəxslərdə dəstəkli alt paltarları çiyin və bel təzyiqini azaldır.

Ağır yüklərdən qaçın:

Ağır çanta və ya yük daşımaq bel əzələlərinə əlavə yük olur. Yüklərin iki çiyinə bərabər bölünməsi tövsiyə olunur.

D vitamini sümük sağlamlığını dəstəkləyərək bel ağrılarını azaldır.

Hamiləlik dövründə bel ağrısı çox yaygındır. Aşağıdakılar kömək edəcək:

Yüngül və müntəzəm idman

Rahat və dəstəkləyici ayaqqabılar

Qarın əzələlərini dəstəkləyən hamiləlik korseti

Əşyaları qaldırarkən dizləri bükərək çökmək

Bel ağrısından qorunma yolları:

45 dəqiqədən çox eyni vəziyyətdə qalmayın

Oturarkən bel yastığından istifadə edin

Bir şey götürərkən dizləri bükərək əyilin

Tərli halda külək və ya kondisioner qarşısında qalmayın

Yuxu keyfiyyətini artırın

İdmandan əvvəl isinmə edin

Gün boyu duruşunuza diqqət edin

Kifayət qədər D vitamini və kalsium qəbul edin

Çəkinizi nəzarətdə saxlayın

Siqaret və spirtli içkilərdən uzaq durun