Bir stəkan ayran! Koronavirusun dərmanı tapıldı
Məlahət Rzayeva
13:21 25.04.2021
Sağlamlıq
1593
Alimlər ayranın – kefir (mayalanmış turş süd) koronaviusdan qorunmada böyük təsirə malik olduğunu sübut etməyə çalışır. Hazırda bununla bağlı Rusiyanın Sankt-Peterburq şəhərindəki Eksperimental Təbabət İnstitutunda elmi araşdırmalar aparılır. Bu xəbəri ictimaiyyətə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Vladimir Çukonin verib.
Sherg.az “RİA Novosti”yə istinadən bildirir ki, V.Çukonin kefir mənşəli vaksinin koronavirusdan qorunmada 60 faiz effektli olacağını deyib:
“İnstitutun alimləri tərəfindən belə bir preparat hazırlanıb. Hazırda preparat klinik təfqiqatlaradək olan sonuncu mərhələdədir. Güman edilir ki, koronvirusdan qorunmaq üçün iynələrə, dərmanlara artıq ehtiyac qalmayacaq. Sadəcə, turş süd məhsulunu içməklə orqanizmin faydalı bakteriyalarla təminatı mümün olacaq. Kefirin tərkibindəki faydalı bakteriyalar xüsusi olaraq yaradılan probiotiklərdir ki, onlar orqanizmi koronavirusdakı təhlükəli zülalı “tanımağa” imkan verir”. V.Çukoninin sözlərinə görə, kefir mənşəli vaksinin tətbiqindən sonra orqanizmdə A tipinə məxsus immunoqlobinlər əmələ gəlir, hansı ki, selikli qişanı viruslardan qoruyurlar. Vitse-prezident deyib ki, belə bir vaksin hazırlamaq digərlərindən daha asandır. Preparat koronavrusa qarşı digər vaksinlərlə peyvənd olunmuş, həmçinin aşağı faizli anticismlərlə yoluxmuş insanlarda immunitet yaranmasına kömək edə bilər.
“Şərq.az” qeyd edir ki, kefir – mayalanmş süd zatən türk və Qafqaz xalqlarının, o cümlədən Azərbaycan türklərinin də qida rasionunda geniş yer tutan ağartı məhsullarından biridir. Qatığı su ilə açıb doğranmış xiyar, müxtəlif göyərtilər, bir az da duz əlavə etməklə meyxoş bir içəcək alınır. Süd məhsullarının orqanizmə faydaları onsuz da bəllidir. Süd məhsulları arasında qatıq, kefir (ayran) xüsusi yer tutur. Amma mütəxəssislər kefirin qatığa nisbətən daha faydalı olduğunu bildirir.
Kefir fermentasiya olunmuş, yəni mayalanmış süddür, inək, qoyun və keçi südündən hazırlanır. Turşməzə dada malikdir. Tərkibində bakteriyaların (faydalı) sayı süddəkindən artıq olduğuna görə orqanizmə daha çox xeyri var. Kefir bütünlüklə probiotik, mineral və vitamin mənbəyidir. Hər gün 0,5 litr kefir içmək orqanizmi zərərli bakteriyalara qarşı möhkəmləndirər. Kefirlə qatığın fərqi bundadır ki, qatıq probiotik istehsalına yardım edən mühiti yaradır, kefir isə probiotikin özüdür. Qatığın çox yeyilməsi mədə divarını qıcıqlandırır, kefir isə orqanizmdə hətta mədə xəstəliklərinin törədicisi olan helkobakter pylorini müalicə edir. Deməli, koronavirusa yenə öz məhsulumuzla qalib gələ bilərik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya