Bolqar bibəri min bir dərdin dərmanıdır
Fidan Həmişəyeva
08:58 12.03.2021
Sağlamlıq
1256
Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır. Bu tərəvəz müxtəlif vacib vitamin və minerallarla zəngindir.
Onun tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var.
“Sherg.az” türk mediasına istinadən belə zəngin tərkibli bolqar bibərinin digər faydalarını sadalayır:
1. Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir. Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Çünki bu qrup insanlarda immun sistemi daha zəifdir.
2. Qırmızı bolqar bibərin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.
3. Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.
4. Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yemək lazımdır.
5. Adıçəkilən tərəvəz iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.
6. Bibərin daim qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.
7. Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir, əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.
8. Bu tərəvəz sümüklər üçün də çox xeyirlidir.
9. Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir.
10. Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat