Çindəki hadisələr bizim üçün təhlükəli deyil
Çindəki hadisələr bizim üçün təhlükəli deyil
Yusif Nəzərli
22:38 22.11.2022
Sağlamlıq
739
Azərbaycandakı koronavirusla bağlı epidemioloji vəziyyət qənaətbəxş hesab oluna bilər
Koronavirus Çində iki il öncəki sürətlə yenidən qayıdır. Xəstəliyin yüngül gedişatı və vaksinasiya nəticəsində insanlarda immunitetin formalaşmasına əsaslanaraq əksər dövlətlər karantin qaydalarını yumşaltsa da, COVID-19-un ilk dəfə meydana çıxdığı Çin yenidən məhdudiyyətli günlərinə qayıdıb, həyəcan təbili çalır. Burada "Omikron" ştamının alt variantlarının sürətlə yayıldığı, fəsadlara yol açdığı bildirilir. Nəticədə xəstəlikdən ölüm halları az olsa da, yoluxma sayı çoxalır.
Pekində yeni növ koronavirus COVID-19 infeksiyasının növbəti dalğasının yayılması ilə əlaqədar parklar, ticarət mərkəzləri və muzeylər bağlanıb.
“Reuters“ə istinadən aldığımız xəbərə görə, paytaxtda 1 438 yeni yoluxma halının qeydə alındığı, bazar günü isə yoluxanların sayının 962 nəfər təşkil etdiyi bildirilib.
Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar paytaxt sakinlərinə evdə qalmaq çağırışı edilib, şəhərlərdə əhali arasında kütləvi testlər davam etdirilir.
Ölkədə COVID-19 ilə əlaqəli iki yeni ölüm halının qeydə alındığı da açıqlanıb.
Uhanda isə sakinlərə yalnız iş və ev arasında səyahət etməklə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı isə pandemiyanın hələ sona çatmadığını və vəziyyəti proqnozlaşdırmağın çətin olduğunu bəyan edir. Pandemiya ilə mübarizədə ən effektiv yolun isə hələ də vaksinasiya olduğu xüsusilə vurğulanır. Bəzi ölkələrdə koronavirus xəstələrinin sayı azalsa da, bəzilərində yeni ştamlarla virusa yoluxmada artım müşahidə edilir.
Mütəxəssislər isə qeyd edirlər ki,ünyada pandemiyanın sona çatması üçün yeganə çıxış yolu hələ də vaksinasiya və kollektiv immunitetdir.
Həkim-infeksionist Nicat Əzimli “Şərq”ə açıqlamasında deyib ki, hazırda Azərbaycandakı koronavirusla bağlı epidemioloji vəziyyət qənaətbəxş hesab oluna bilər:
“Tədqim olunan yoluxma saylarının dinamikasına və digər göstəricilərə baxdıqda hesab edirəm ki, hazırkı vəziyyətdə narahat olunacaq bir məqam yoxdur. Eləcə də həkim olaraq şəxsi müşahidələrimizlə bunu təsdiqləyə bilərik”.
Yayılan infeksion xəstəliklərin insanlar arasında COVİD 19 xofu yaratmasına gəldikdə isə infeksionist deyib ki, tənəffüs orqanlarının viruslu infeksion xəstəliklərinin hazırkı mövsümdə artım göstərməsi təbiidir. Bakı kimi əhalinin nisbətən sıx olduğu şəhərlərdə bu mövsümdə qripə yoluxma halları da koronavirus kimi artır.
Buna görə qeyd etdiyiniz simptomları olan şəxsləri tez-tez ətrafda görə bilərsiniz. Belə halda önəmli olan bu şəxslərlə sosial məsafəyə diqqət etməkdir. Bundan əlavə xüsusilə xəstə şəxsin maskadan istifadə etməsi və mümkündürsə özünü ətrafdakı insanlardan tamamilə izolə etməsi ən effektiv tədbir olar.
Koronavirus və qriplə bağlı son zamanlarda gündəmdə olan xəbərlər haqda isə bildirmək lazımdır ki, müxtəlif ölkələrin infeksion xəstəliklərlə özünəməxsus mübarizə üsulları ola bilər. Biz tez-tez Çinlə bağlı bu karantin rejimi xəbərlərini eşidirik. Lakin bu cür yanaşma Çin səhiyyə sisteminin mübarizə metodikası ilə əlaqədardır və koronavirusla bağlı hər hansı yeni təhlükədən xəbər vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm