
Çiyi də zəhər, bişmişi də! - Bu dönərlər xəstəlik saçır
Yusif Nəzərli
14:05 31.10.2022
Sağlamlıq
728
"Hər bir insan vicdanını qarşısına qoyub, qida məhsulları vasitəsilə ətrafına vurduğu ziyanın fəsadlarını düşünməlidir".
Bu sözləri qida məsələləri üzrə ekspert Elsevər Fərzəliyev "Sherg.az"a deyib. Onun sözlərinə görə, qida istehsalı ilə məşğul olan şəxslər prosesə müdaxilə etməməlidirlər:
"Məhsullar zərərsiz olaraq, insanların sağlamlığına heç bir mənfi təsir göstərməməlidir. İlk növbədə, müəssisəni qeydiyyatdan keçirmək lazımdır. Bütün xammalların qəbulu qanunauyğun şəkildə aparılmalıdır. Mənşəyi məlum olan xammallardan istifadə edilməlidir.

Texnoloji prosesləri icrası üçün ardıcıl yerinə yetirilən texnoloji əməliyyatlar məcmusu hazırlanmalıdır. Bu sxemin yaradılması və icrasında mütəxəssislərə müraciət olunmalıdır. İnanmıram ki, bu prosesi təşkil edən adamların arasında bir qida mühəndisi olsun. Əks halda, ən azından 4-6 il qida məhsullarının texnologiyaları üzrə təhsil alan insanlar belə bir səhvə yol verməzdilər.
Bu işi reallaşdıranlar arasında bilərəkdən yanlış edən insan varsa, deməli, o, xalq düşmənidir. Millətin zəhərlənməsi, sağlamlığının korlanması kimi amillərə şərait yaradır. AQTA bu məsələləri aşkar edir. Agentliyin bu faktları araşdırması və tapmasına böyük rəğbət bəsləyirəm.
Yaxşı olardı ki, analoji monitorinqlər daha mütəmadi xarakter daşısın. Müxtəlif istehsal sahələrində də həyata keçirilsin. Qarşısını almaq üçün media orqanları xalqı maarifləndirməlidir. Belə hallara göz yuman insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir ki, digərlərinə də dərs olsun".
Qeyd edək ki, çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran-Kürdəxanı şosesi 14-cü kilometr ünvanında fəaliyyət göstərən fiziki şəxs Əlövsət Hətəm oğlu Musayevə məxsus çiy dönər istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət
Rusiyadan açıq müharibə mesajı: Bu ölkələri hədələdilər
16:18 04.02.2026
Dünya