Dar ayaqqabılar ayaqları məhv edir

Mütəxəssislər yaş artdıqca ayaq ölçüsünün dəyişə biləcəyini və əvvəlki ölçüdə ayaqqabı geyinməkdə israrın müxtəlif sağlamlıq problemlərinə yol aça biləcəyini bildirirlər.

Sherg.az xəbər verir ki, araşdırmalara görə, xüsusilə qadınlarda ayaqları dar ayaqqabılara sıxışdırmaq ağrı və deformasiyalara səbəb olur. Bu vəziyyət “Külkedisi sindromu” adlandırılır.

Mütəxəssislərin sözlərinə görə, hamiləlik, çəki artımı və yaşlanma ayağın ölçüsünə və formasına təsir edir. Xüsusilə 50 yaşdan sonra oynaq ağrıları, ayaq tağının çökməsi, daban ağrısı, bunyon və çəkic barmaq kimi problemlərin yaranma riski artır.

Dar, sivri burunlu ayaqqabılar və hündürdaban ayaqqabılar da ayaq barmaqlarını sıxaraq deformasiya, vətər iltihabı, şişkinlik, eləcə də diz, omba və bel ağrılarına səbəb olur.

Mütəxəssislər yeni ayaqqabı alarkən ayaqları günün ikinci yarısında ölçməyi, daha böyük ayağa uyğun seçim etməyi və ayaq barmaqları ilə ayaqqabının ucu arasında təxminən bir baş barmaq qədər boşluq saxlamağı tövsiyə edirlər.