Dəhşət: "Daş karxanalarından vərəm, ağciyər yayılır" - Yoxlanılsın!
06:47 11.03.2021
Sağlamlıq
605
Hər il tikintidə çoxsaylı qəzalar baş verir. Martın 6-da saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında qəza baş verib. Rayon prokurorluğuna işçinin ölməsi ilə bağlı məlumat daxil olub.
Gülbaxt əhəng-daş yatağında yerləşən “Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanıb. Nəticədə yaxınlıqda yerləşən digər daş karxanasının işçisi, 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşüb və sonuncu hadisə yerində ölüb.
Bir neçə gün öncə daş karxanası işçisinin başına gələn hadisə tikintidə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Ekspertlər səbəbi sahibkarların təhlükəsizlik qaydalarına riayət etməməkdə görür.
Məsələ ilə bağlı "Şərq"ə danışan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, tikinti sahələrində baş verən qəzaların birinci səbəbi işə götürənlə bağlıdır. Çünki Nazirlər Kabinetinin, Azərbaycan Əmək Məcəlləsinin müvafiq maddələri var. Onun sözlərinə görə, orada işçi üçün sağlam, təhlükəsiz şərait yaradılmalı olduğu birmənalı şəkildə qeyd edilib:
"Bəzən qəzanı işçinin üzərinə qoymağa çalışırlar, içkili olduğunu bildirirlər. Azərbaycan Əmək Məcəlləsinin iki maddəsi var: 15 və 309-cu maddə.
15-ci maddə də yazılıb ki, bütün idarə müəssisələri Azərbaycanın Əmək Qanunvericiliyinə icrasına dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi həyata keçirir. 309-cu maddədə qeyd edilən İctimai Nəzarətin Cəmiyyət Təşkilatı da “ölü qurumdur”. Bu iki qurum işçilərin sağlam şəraitdə işləməsinə nəzarət etməlidir".
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Dövlət Əmək Müfəttişliyinin vaxtaşırı iş yerlərinin vəziyyətinin yoxlanılmalı olduğunu diqqətə çatdırıb: "Daş karxanası uzaqda – Qaradağda yerləşir. Canları çıxıb karxananın içərisinə baxan olmayacaq. Yoxlasınlar ki, daş karxanasında nə vaxt təhlükəsiz şərait yaradılıb?
Bizim korpus yerləşən həyətin ətrafında tikinti işləri gedirdi. Daşların yonulması ilə məşğul idilər. Evlərin içi toz-duman olmuşdu. İşçilərin ağzında isə virusa qarşı istifadə etdiyimiz maskalar var idi. Birinin respiratorla işlədiyini görməzsən. Daş karxanasına da nəzarət edilməlidir, çünki vərəm, həmçinin ağciyər xəstəlikləri də yayılmış ola bilər. Hər şeyin kökündə işə götürənin məsuliyyətsizliyi, ictimai və dövlət nəzarətinin olmaması dayanır. Ümumiyyətlə, istər tikinti yerlərində, istərsə də karxanalarda monitorinq aparan yoxdur.
2020-ci ilin hesabatında Nazirlər Kabinetinin qərarlarında, Əmək Məcəlləsinin müvafiq qərarlarının pozulması, ölüm hadisələri var idi. Mən hər dəfə bu barədə yazıram".
M.Qəhrəmanlı sonda məsələnin həlli üçün təklif edib və bildirib ki, bütün bunların qarşısını almaq üçün ölkədə Əmək Nazirliyi yaradılmalıdır: "Dövlət Əmək Müfəttişliyi Sosial Müdafiə Nazirliyinin yanından götürülməlidir, əlahiddə güclü Əmək Nazirliyi yaradılmalıdır. Həmçinin Azərbaycanda Həmkarlar Təşkilatı da olmalıdır. 27 il əvvəl seçilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev oradan durmur, “yapışıb qalıb”.
Tikintidə o qədər ölüm hadisələri baş verib, lakin gizlədilib. Ən böyük, çətin problemlər əmək və sosial-iqtisadi sahələrdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Lukaşenko Zelenskinin təhdidlərini müzakirə edəcəklər
20:30 22.06.2026
Region
İranın danışıqlar heyəti Omana səfər edib
20:23 22.06.2026
Cənubi Qafqaz
Pezeşkiandan İran millisinin bərabərliyinə reaksiya
20:15 22.06.2026
Gündəm
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
20:08 22.06.2026
Dünya
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
20:00 22.06.2026
Cənubi Qafqaz
Ağdamda qazıntı zamanı skelet qalıqları aşkar edilib
19:53 22.06.2026
Hadisə
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
19:36 22.06.2026
Dünya
Almaniya pensiya yaşını artırmağı planlaşdırır
18:35 22.06.2026
Dünya
İrəvan Moskvaya maliyyə təminatı kimi yanaşır - Zaxarova
18:17 22.06.2026
Dünya
Ali məktəb artıq təhsil yox biznes ocağıdır - SOSİOLOQ
17:58 22.06.2026
Elm və Təhsil
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
17:42 22.06.2026
Region
“Paşinyan seçkidən əvvəl verdiyi sözə əməl etmədi”
17:40 22.06.2026
Siyasət
Zaxarova: Ermənistan bunu bizim hesabımıza edə bilməz
17:12 22.06.2026
Dünya