Dietoloq: Dərman vasitələrindən istifadə edərək çəki vermək qeyri- mümkündür
Yusif Sultanoğlu
11:32 11.01.2024
Sağlamlıq
726
İndiki dövrdə forumda qalmaq istəyən vətəndaşların sayı kifayət qədər çoxdur. Belə olduqda mənşəyi məlum olmayan qida məhsulları satan şəxslərin sayı da artır.
Sosial şəbəkələrdə də arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbirlər keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub. Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəlüldlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib. Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sual ortaya çıxır. İnsanlar belə vasitələrin sağlamlıq üçün zərərli olduğunu bilə- bilə niyə istifadə edirlər? Bəs, əslində sağlam arıqlamaq üçün nə etməliyik?
Məsələ ilə bağlı “Sherg.az”a danışan dietoloq Ofelya Tahirova bildirib ki, insanlar daha tez və asan yolla arıqlamağı düşünür :
"İndi informasiya dövrüdür. Bu haqqda kifayət qədər məlumat var. Demək ki, bu məlumatlar bəs etmir. Belə halların qarşısını almaq üçün marifləndirməni gücləndirmək lazımdır. Ümumiyyətlə insan orqanizmi üçün ən düzgün çəki vermə üsulu balanslı formada sağlam qidalanmadır. Bu cür qeyri- sağlam arıqlama vasitələri orqanizm üçün çox zərərli və təhlükəlidir, hormonal balansın pozulması hallarana kimi gətirib çıxara bilir. Bu yeni xəstəliklərin yaranmasına səbəb ola bilir və xroniki xəstəlikləri tətikləyir. Həzm sistemi orqanlarına çox mənfi təsir edir".
Ekspert vurğulayıb ki, bəziləri pul qazanmaq üçün insan sağlığına zərər verməkdən çəkinmirlər:
"Bu cür vasitələrdən istifadə edərək çəki vermək qeyri- mümkündür. Sadəcə bu vasitələr bədəndən çox miqdarda mayenin çıxmasına səbəb olur. Buna görə də bu vasitələrdən çəki vermək məqsədi ilə istifadə edənlər çəki verdiklərini zənn edirlər. İnsan sağlamlığı üçün bu cür təhlükəli vasitələr ölüm hallarına səbəb olur. Əgər, həyatımız bizim üçün dəyərlidirsə, demək bunları qəbul etməməliyik. Bu vasitələrdən istifadə baş ağrsı, ishal, qarında kəskin ağrı, ürək bulanma , qusma kimi hallara gətirib çıxara bilər. Ən asası da bu vasitələri istifadə etdikdən sonra pasientlərin çəkiləri daha sürətlə artmağa başlayır daha sonra isə çox çətinliklə azalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol