Dırnaq boyalarının tərkibindəki 3 ziyanlı maddə
Fidan Həmişəyeva
08:51 15.03.2021
Sağlamlıq
724
Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəlif marka və saysız sayda rəng çalarları var.
Lakin boyalardan uzun zaman istifadə etdikdən sonra, bir çox xanımlar dırnaqlarının pisləşməsini müşahidə edirlər. Zamanla dırnaqlar zəif, rəngsiz və tez qırılmağa meyilli olurlar. Bəs, hər həftə istifadə etdiyimiz bu boyaların tərkib hissəsindən xəbərdarsınızmı?
“Sherg.az” "qadinla.com"a istinadən dırnaq boyalarının zərərli maddələrini diqqətə çatdırır.
Boya aldıqda çalışın onun tərkib hissəsi haqda məlumatı oxuyasınız. Yadda saxlayın, boyalarda ən təhlükəli maddələr - toluol, formaldeqid və ftalatlardır. Bunlar orqanizmdə toplanan və çıxarılması mümkün olmayan toksik maddələrdir.
Formaldeqidlər - boyaya kəskin spesifik qoxu verən maddələrdir ki, onları uzun zaman qoxladıqda baş ağrısı, ürəklə əlaqədi problemlər və sinir pozğunluqları yarana bilir. Bundan əlavə onlar dırnaqların həddən artıq qurudulmasına səbəb olub, nəticədə dırnaqları zəif və tezsınan edir.
Ftalatlar -dırnaqların tərkibinə və dırnaq ətinə daxil olaraq qadınların reproduktiv sisteminə mənfi təsir göstərir.
Toluol - bu maddə, boyanın tez qurumasını və dırnaqda yaxşı saxlanılmasını təmin edir. Lakin bu çox güclü konserogen maddədir. Həmçinin bir çox ucuz və keyfiyyətsiz boyaların tərkibində çox miqdarda spirt və aseton olur ki, onlar dırnaqların qurumasına səbəb olurlar.
Bu məqalədən belə nəticəyə gələ bilərsizni ki, boyalardan istifadə orqanizm üçün ziyandır. Təbii ki, bu belədir, lakin, artıq satışda "toluolsuz" boyalar da var. Çalışın belə boyalardan istifadə edin və ən əsası isə zamanla dırnaqlarınıza istirahət verin. Müxtəlif qoruyucu və qidalandırıcı rəngsiz boyalar var ki, onlar vitamin və minerallarla zəngin olub, dırnaqların profilaktik müalicəsi üçün istifadə edilir.
Həmçinin dırnaqlarınız üçün müxtəlif tərkibli vannalar da çox xeyirlidir. Sizə bir neçə resept təqdim edirik:
Dəniz duzlu möhkəmləndirici vanna.
1 yemək qaşığı dəniz duzu və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi bu suda 10 dəqiqə saxladıqdan sonra, qurulayıb, qidalandırıcı krem sürtməniz məsləhət görülür.(dəniz duzu yoxdursa, adı xörək duzu da istifadə etmək olar)
Yağlı vanna.
1 stəkan bitki yağı və 1 stəkan alma sirkəsini qarışdırıb(yağı biraz qızdırmanız məsləhət görülür), 15 dəqiqə saxladıqda sonra salfet və ya yumuşaq dəsmalla qurulayın.
Vitaminli vanna.
1 stəkan günəbaxan yağı, 5-6 damcı A vitamini, 3 damcı yodu qarışdırın. Bu vanna da əlləri 20-25 dəqiqə saxlayın sonra eyni qaydada qurulayın. Belə vannanı həftədə 2 dəfə qəbul etdikdə, dırnaq və əl dərisi lazımı vitamini alacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat