Fransız alimlər araşdırma aparıb
02:22 23.09.2021
Sağlamlıq
426
Siqaret çəkənlər koronavirusa daha az yoluxurlar
Fransada aparılmış bir araşdırma nikotinin COVİD-19 virusunun orqanlara yapışmasının qarşısını aldığı və siqaret çəkənlərin virusa qarşı daha yüksək müdafiəyə malik olduğu iddiasını irəli sürür. Bu, nə dərəcədə doğrudur və elmi təsdiqi varmı? Məlumdur ki, koronavirus həyatımıza daxil olandan siqaret çəkənlərin xəstəliyi daha yüngül keçirdiyi, siqaret tüstüsünün virusun ağ ciyərlərə, bronxlara, nəticə etibarilə ümumən orqanizmə düşməsinin qarşısını aldığı barədə danışılır.
Bu mübahisə hələ də bitməyib. Siqaret çəkənlər sanki özlərini daha çox güvəndə hiss edirlər. Halbuki, siqaretin orqanizmin bir nömrəli düşməni, ən ağır xəstəliklərin mənbəyi olması, siqaret asılılığı olanların koronavirusu daha ağır keçirməsi, nəfəsalmada böyük çətinlik yaşamaları, ağ ciyərlərin məhv olması məlum faktlardır.
Çin “yox”, Fransa “hə” deyir
Bu haqda Almaniyanın “Deutsche Welle” (Türkcə) saytında məlumat yerləşdirilib. Çində nəşr olunan tibb jurnalında yayımlanmış elmi araşdırmada qeyd edilir ki, siqaret çəkənlər COVİD-19-u uzun müddət, həm də ağır keçirir, ölüm riski də artır. Lakin Fransanın Pasteur Jean-Pierre Changeaux İnstitutunun neyrobioloqları apardıqları araşdırmada başqa nəticələr əldə ediblər. İnstitutun alimləri bildirir ki, nikotin zənciri vasitəsilə COVİD-19 viruslarının qarşısını almaq mümkündür. “Qeios” elmi portalında bu mövzuyla bağlı daha ətraflı məlumat verilir. Fransız tədqiqatçılar əldə etdikləri nəticənin Çində aparılan tədqiqatların nəticələri ilə əkslik təşkil etdiyini bilir. Lakin bildirirlər ki, qeydiyyata aldıqları koronavirus xəstələri arasında siqaret çəkənlərin sayı olduqca azdır. Fransız tədqiqatçılar 500 COVİD-19 xəstəsi üzərində araşdırma aparıb, onlarda 150 nəfərin xəstəliyi yüngül keçirdiyi, 350 nəfərin də xəstəxana şəraitində müalicə olunduğunu müəyyən ediblər. Fransa Xəbər Agentliyi – AFP-yə müsahibə verən daxili xəstəliklər üzrə həkim Zahir Amoura araşdırmaya cəlb olunan xəstələr arasında siqaret çəkən cəmi 5 nəfərin olduğunu vurğulayıb. Yaş və cinsi fərqlilikləri də əlavə etməklə, toplamda siqaret çəkənlərin ümumi sayına baxdıqda, COVİD-19 xəstələri arasında siqaret çəkənlər 80 faiz daha azdır. Buna bənzər araşdırma İtaliyada da aparılmışdı. “Giuseppe Lippi və qrupu”nun tədqiqatında da siqaret çəkənlərin çəkməyənlərə nisbətən koronavirusa daha az yoluxduğu nəticəsi ortaya çıxmışdı.
Nikotin qoruyucudurmu?
Fransa alimləri məhz bu fikirdədir ki, nikotin COVİD-19-a qarşı müdafiə effektinə malikdir. Tədqiqatçılar “nikotin COVİD-19-un obyekt seçdiyi hüceyrə reseptorlarına yapışaraq virusun ora yerləşməsinin qarşısını alır”. Yəni belə demək mümkünsə, nikotin olan yerdə daha başqa virusa yer qalmır. Virus yapışmaq üçün boş dəlik-deşik tapmır. Bu hipotez hazırda Parisin La Pitie-Salpetriere Xəstəxanasında araşdırılır.
Əks fikirlər daha güclüdür
Elm adamları ACE2 reseptorlarının virusu bloklamaq kimi bir gücə sahib olmasına dair ortaq fikirdə deyillər. ABŞ-dakı Virginia-Fairfaxda çalışan nevroloqlar James L.Olds və Nadine Kabbani bu məsələdə fərqli düşünürlər. Onlar apardıqları araşdırmalarda nikotinin, əksinə, hüceyrə reseptorlarına mənfi təsir etdiyini, zərər verdiyini irəli sürürlər. Nikotin sayəsində virusun hüceyrələrlə təmasının daha da asanlaşdığı iddiasını irəli sürən elm adamları var. Kimin, hansı hipotezin doğru olduğu, yəqin ki, qarşıdakı illərdə aparılacaq elmi araşdırmalarda bilinəcək. Lakin istisnasız olaraq bütün həkimlər tütündən istifadənin çox riskli olduğu qənaətindədir. Koronavirusun siqaretdən zərər görən ağ ciyərlərə daha ağır təsir etdiyi məlumdur. Bu səbəbdən alimlər siqaretdən tez bir zamanda imtinanı məsləhət görürlər. Siqaret çəkmək orqanizmdə xərçəngin yaranmasına səbəb olan maddələrin orqanizmə daxil olmasını sürətləndirir. Nikotinin bir zəhər olduğu unudulmamalıdır. Siqaret çəkən insan hər nəfəsdə 1-3 milliqram arası nikotin qəbul edir. Bir siqaretin tərkibində isə ümumilikdə 12 milliqram nikotin var. Orqanizmə zərər verən bir maddənin hansısa xəstəliyə qarşı ola biləcəyini düşünüb yanlış addımlar atmaqdansa, siqareti atmaq daha xeyirlidir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya