Gözlənilməz körpələr...
Yusif Nəzərli
20:20 07.02.2022
Sağlamlıq
765
Qadınlar bəzən hamiləliklərindən xəbərsiz fəsadlı həyat tərzi yaşayırlar
Xəbərsiz hamiləliklər və gözlənilməz körpələr. Belə hadisələrə tez-tez olmasa da, hər halda rast gəlinir. Bəzən qadınlar hamilə olduqlarından xəbərsiz halda gündəlik işlərinə davam edir, qəfil baş verən ağrı isə planlaşdırılmamış körpənin dünyaya gəlməsiylə nəticələnir. Belə bir hadisə ABŞ-ın Massaçusets ştatında baş verib. “Şərq” “7 News” saytına istinadən bildirir ki, Boston şəhərinin sakini Kayla Fustamante çalışdığı restoranda adi iş günlərinin birində belində kəskin ağrı hiss edib. İşarası fasilə edən qadın internetdə axtarış verərək belindəki ağrının səbəbini öyrənməyə çalışıb. Qarşısına müxtəlif mülahizələr çıxıb. Biri də böyrəkdə daş olma ehtimalı imiş.
Qərara gəlib ki, evə qayıdanda ağrıkəsici qəbul etsin və uzansın. Lakin rəfiqəsi daha ağıllı məsləhət verib və Kaylanı həkimə getməyə vadar edib. Xəstəxanada boş palata olmadığından Kayla dəhlizdə qoyulmuş çarpayıda uzanıb. Həkim əvvəlcə yumurtalıqdakı kistin partlamasından şübhələnib. Qadın USM aparatı ilə müayinə edilib. Aparat 38 həftəlik hamiləlik göstərdiyində Kaylanın heyrətdən az qala dili tutulub. Həkim “siz bu gün körpə dünyaya gətirəcəksiniz” deyəndə isə Kayla çox təsirlənib və ağlaya-ağlaya ailəsinə zəng vurub. Körpənin atası həyat yoldaşını dəstəklədiyini deyib və “nə olursa olsun, sənin yanındayam”, söyləyib. Az keçmiş Kaylanın qızı dünyaya gəlib. Körpə sağlam olub. Fustamante etiraf edib ki, körpənin sağlamlığı üçün narahatlıq keçirirdi. Çünki dostlarıyla tez-tez bara gedirdi, düzgün qidalanmırdı. Hamilə ola biləcəyini də ağlına gətirməyib.
Buvaxtadək menstrual dövriyyədə sapmalar olub, artıq çəki almasını isə Kayla makaron məmulatları və sarımsaqlı çörək çox qəbul etməsi ilə əlaqələndirib.
Oxşar hadisə Kanadada baş vermişdi. Kanadalı Əşli Miller-Kross supermarketdə alış-veriş edərkən sancısı tutub. Məlum olub ki, qadında doğuş proses başlayır.
Bu, Əşli üçün lap gözlənilməz olub. Çünki cəmi 10 ay əvvəl o, ilk övladını dünyaya gətirib. Belə qısa zamanda ikinci dəfə hamilə qala biləcəyini ağlına belə gətirməyib.
Artıq çəkini isə ilk doğuşdan sonra hələ də aradan qalxmayan köklüklə bağlayıb. Başqa bir xanım – Eda Quan isə Kalqaridən Tokioya uçan təyyarədə - yerdən 10 min metr yüksəklikdə qız övladını dünyaya gətirib.
Eda Quan da çəkisinin artmasını sadəcə köklüklə əlaqələndirərək hamilə ola biləcəyini düşünmürmüş, çünki bir müddət əvvəl hamiləlik testinin cavabı neqativ çıxmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət